"Unicapital"dan bazarların həftəlik analitikası
"Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir:
Daxili bazar
Ötən həftə AR Maliyyə Nazirliyinin 3 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərracda tələb təklifi 4.5 dəfədən çox üstələmiş, yerləşdirilmiş həcm 60 milyon AZN olmuşdur. Hərracda orta ölçülmüş və kəsmə gəlirliliklər müvafiq olaraq, 8.37% və 8.75% olmuşdur. Bundan öncə baş tutan 3 illik istiqrazların hərracı 9.11% orta ölçülmüş və 9.34% kəsmə gəlirliliklə nəticələnmişdi.
Bu həftə AR Maliyyə Nazirliyinin 30 milyon AZN həcmində 2 illik istiqrazlarının hərracı keçiriləcək. Bundan öncə 2 illik istiqrazların hərracı fevral ayında keçirilmiş və 9.04% orta ölçülmüş gəlirliliklə nəticələnmişdi.
Bundan əlavə aprel ayının son həftəsində də AR Maliyyə Nazirliyi 50 milyon AZN həcmində 3 illik istiqraz hərracının keçirilməsini planlaşdırıb. Nazirlik həmçinin, may və iyun aylarında hər birində 90 milyon AZN-i 3 illik istiqrazlar olmaqla hər bir ayda 180 milyon AZN (may-180 mln AZN, iyun-180 mln AZN) həcmində istiqrazlarının yerləşdirilməsini nəzərdə tutur.
Ötən həftə Azərbaycanda inflyasiya məlumatı açıqlanıb. İnflyasiya qismən azalaraq 13.9%-dən 13.8%-ə düşüb. 2023-cü ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2022-ci ilin yanvar-mart aylarına nisbətən 13,8%, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,1%, qeyri-ərzaq məhsulları üzrə 12% artıb.
Qlobal bazar
ABŞ-da inflyasiya azalmağa davam edir. Belə ki, ötən həftə ABŞ-da açıqlanan İstehlak Qiymətləri İndeksi məlumatına əsasən inflyasiya 6.0%-dən 5.0%-ə düşmüşdür. Analitiklər inflyasiyanın 5.1%-ə düşəcəyini proqnoz etmişdilər.
ABŞ-da ilkin işsizlik müraciətləri artaraq 228k-dan 239k-a yüksəlmişdir. Xatırladaq ki, ABŞ-da işsizlik dərəcəsi mart ayında 3.6%-dən 3.5%-ə düşmüşdür.
19 aprel tarixində Avrozonada inflyasiya məlumatı açıqlanacaq. Analitiklər inflyasiyanın dəyişməyərək 6.9% qalacağını proqnozlaşdırırlar.
Türkiyədə işsizlik artaraq 9.7%-dən 10%-ə qalxmışdır.
Rusiyada inflyasiya əhəmiyyətli dərəcədə azalaraq 10.99%-dən 3.51%-ə düşmüşdür. Bloomberg-ə əsasən analitiklər bu göstəricinin 3.4%-ə düşəcəyini gözləyirdilər.
Həftəlik analitikanı "Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi təqdim etdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Tramp Makronu fransız şərablarına 200% rüsum tətbiq etməklə hədələyib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
- 11 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
14 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
14 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
18 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin qiyməti azalıb
Qızılda yeni rekord - QİYMƏTİ 4700 DOLLARI DA KEÇDİ
20 Yanvar faciəsindən 36 il ötür
Ən çox oxunanlar
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?





























