Dövlətin payı olan 133 şirkətdən cəmi 11-i dividend ödəyib - ZƏRƏR İLƏ İŞLƏYİRLƏR
Hesablama Palatasının bülleteninin 2023-cü il üzrə birinci nömrəsindəözəlləşdirmə prosesində yaradılmış və səhmləri bütövlükdə yaxud səhmlərinin bir hissəsi dövlətə məxsus olan səhmdar cəmiyyətlər tərəfindən dövlət büdcəsinə dividendlərin ödənilməsi barədədə məlumatlar yer alıb.
Marja.az bülletenə istinadən verdiyi məlumata görə, 2020-ci ildə dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə özəlləşdirmə prosesində yaradılmış və səhmləri bütövlükdə yaxud səhmlərinin bir hissəsi dövlətə məxsus olan səhmdar cəmiyyətlər tərəfindən dövlət büdcəsinə dividendlərin ödənilməsi üzrə 187,4 min manat, 2021-ci ildə isə 11 dövlət müəssisəsindən ümumilikdə 183,4 min manat vəsait daxil olmuşdur.
Hesabat ilində nizamnamə kapitalında dövlətə məxsus payları (səhmləri) olan hüquqi şəxslərin sayı 113 olmuş, nizamnamə kapitalı 153 milyon 53 min manat təşkil etmişdir. Dividend ödəmiş müəssisələr barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Özəlləşdirmə prosesində yaradılmış və səhmləri bütövlükdə yaxud səhmlərinin bir hissəsi dövlətə məxsus olan səhmdar cəmiyyətlər tərəfindən dövlət büdcəsinə dividendlərin ödənilməsi üzrə hesabat illərində ümumilikdə dövlət büdcəsinə 370,8 min manat dividend ödənilmişdir. Bildirək ki, nizamnamə kapitalında dövlətin payı (səhmləri) olan hüquqi şəxslərin maliyyə vəziyyəti barədə məlumatlara əsasən, 2021-ci il üzrə dividend ödənişi etmiş bəzi müəssisələr 2020-ci il üzrə fəaliyyətini zərərlə başa vurmuşdur.
Dövlət əmlakının investisiya müsabiqələri vasitəsi ilə, ixtisaslaşdırılmış pul hərraclarında və özəlləşdirmə prosesində yaradılmış və səhmləri bütövlükdə yaxud səhmlərinin bir hissəsi dövlətə məxsus olan səhmdar cəmiyyətlər tərəfindən dövlət büdcəsinə dividendlərin ödənilməsi üzrə dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsinə daxil olmuş vəsaitin əvvəlki illər üzrə icra göstəriciləri aşağıdakı cədvəldə göstərilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 20 d. əvvəl
-
- 39 d. əvvəl
-
1 saat əvvəl
5 bankın qiymətli kağızlara investisiyaları 150 milyon manatdan çoxdur
-
1 saat əvvəl
Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard dollar olub
-
1 saat əvvəl
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib
- 3 saat əvvəl
-
4 saat əvvəl
Tramp Makronu fransız şərablarına 200% rüsum tətbiq etməklə hədələyib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 21-də gözlənilən hava şəraiti
Dünyanın ən dəyərli markaları
Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard dollar olub
Azərbaycan neftinin qiyməti azalıb
Ən çox oxunanlar
Yaponiyada 40 illik istiqraz gəlirliliyi 4 faizə yüksəlib
Qızılda yeni rekord - QİYMƏTİ 4700 DOLLARI DA KEÇDİ
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
20 Yanvar faciəsindən 36 il ötür
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
























