“Hazırda dünya alimlərinin qarşısında duran əsas vəzifələrdən biri insanın rəqəmsal beyninin yaradılmasıdır” - Akademik
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev 27 mart – 1 aprel 2023-cü il tarixlərində Fransanın Marsel şəhərində keçirilən “Human Brain Project Summit: 2023” tədbirində iştirak edib və səfərin nəticələri barədə AMEA Rəyasət Heyətinin iclasında hesabat verib.
“İnsan Beyni Layihəsi” (Human Brain Project – HBP) barədə danışan R.Əliquliyev süni intellekt və digər qabaqcıl texnologiyaların tətbiqi ilə beyin problemlərinin həlli, beyin funksiyaları əsasında süni intellekt texnologiyalarının təkmilləşdirilməsi və inkişaf etdirilməsinin layihənin əsas məqsədlərindən olduğunu deyib: “Avropa Komissiyası tərəfindən “İnsan Beyni Layihəsi”nə 10 il ərzində 607 milyon avro vəsait ayrılmış və nəticə olaraq layihə çərçivəsində 16 ölkə, 150 institutdan 500-ə yaxın alimin 2500-dən çox elmi məqaləsi çap edilmişdir”.
Akademikin sözlərinə görə, sammitin keçirilməsində əsas məqsəd onillik layihə çərçivəsində aparılan tədqiqatların və əldə olunan yüksək elmi nailiyyətlərin cəmiyyətə verdiyi töhfələrin müzakirəsi olmuşdur. Tədbirdə EBRAINS Tədqiqat İnfrastrukturunda mövcud olan qabaqcıl xidmətlər və müasir texnologiyalar, beyin tədqiqatlarında ən son innovasiyalar, həmçinin Avropada süni intellektə əsaslanan texnologiyalar sahəsində əldə edilmiş bir sıra mühüm nailiyyətlərə nəzər salınmışdır.
Toplantı çərçivəsində, həmçinin rəqəmsal beyin, süni intellekt və beyin xəstəlikləri, beyin atlasları və Big Data analitikası, beyin əsaslı robotlar – neyrorobotika, beyin əsaslı süni intellekt, epilepsiya və rəqəmsal əkiz, rəqəmsal neyroinformatika, neyromorfik hesablama, federal superkompüter infrastrukturu və digər mövzularda geniş fikir mübadiləsi aparılmışdır.
AMEA-nın vitse-prezidenti əlavə edib ki, “İnsan Beyni Layihəsi” biologiya, molekulyar biologiya, fizika, riyaziyyat, kimya, kompüter elmləri və digər sahələrdə birgə multidissiplinar tədqiqatlar aparmağı, ənənəvi tibbi yolla müalicəsi hələlik mümkün olmayan müxtəlif anomal beyin problemlərinin həlli üçün süni intellekt texnologiyalarından istifadə etməyi, beyinin ayrı-ayrı funksiyalarının rəqəmsal əkizlərini yaratmağı zəruri edir.
Akademik Rasim Əliquliyev çıxışının sonunda bir sıra təkliflər səsləndirib. Belə ki, ölkənin müvafiq elm və ali təhsil müəssisələrində süni intellekt, neyro və koqnitiv elmlərin kəsişməsində tədqiqatların aparılmasının prioritet istiqamət kimi qəbul edilməsi, ölkə alimlərinin beynəlxalq səviyyədə, həmçinin Avropa Birliyi çərçivəsində insan beyni ilə əlaqədar multidissiplinar tədqiqatlar və layihələrdə iştirak etməsi, bu sahədə həm Azərbaycanın, həm də xarici ölkələrin universitet və tədqiqat mərkəzlərində yüksəkixtisaslı kadrların hazırlanmasının məqsədəuyğun olduğunu diqqətə çatdırıb.
Məruzə ətrafında geniş müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb. Rəyasət Heyətinin üzvləri tərəfindən sammit çərçivəsində təqdim olunan elmi mövzular, o cümlədən, rəqəmsal beyin əsaslı robototexnika və hesablama texnologiyaları ilə bağlı ölkəmizdə də araşdırmaların aparılması, həm ictimai və humanitar, həm də dəqiq elmlər sahəsində fəaliyyət göstərən alimlərin iştirakı ilə multidissiplinar tədqiqatların həyata keçirilməsi və birgə elmi seminarın təşkili tövsiyə olunub.
© iсt.az
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir























