"Banklar müştərilərini itirməsin deyə, daxili sistemlərində dəyişiklik etməlidirlər"
"Hazırda bizim müəyyən strateji hədəflərimiz var. O hədəflərin nə dərəcədə doğru olduğunu, əlbəttə ki, zaman göstərəcək".
Marja xəbər verir ki, bunu müsahibəsində “Simbrella” şirkətinin baş direktoru və təsisçisi Seymur Məmmədov bildirib.
O, "Biz çətin illər keçirdik. Bu çətinlik nədə idi? “Simbrella” uzun illər bir məhsul şirkəti olub" deyərək sözlərinə belə davam edib:
"SimKreditin gəlir gətirmə prosesi 6 aydan 3 ilə qədər çəkirdi. Digər tərəfdən isə rəqiblər dayanmadan işləyirdi. Elə bir mərhələyə gəlib çatmışdıq ki, dünyada bir operator belə qalmamışdı ki, həmin xidmətdən istifadə etməsin. Bəzilərində bizim, bəzilərində isə rəqiblərin təklif etdikləri xidmət işləyirdi. O zaman anladıq ki, bizim satış imkanlarımız tükənib, artıq inkişaf etməyi və böyüməyi bacarmayacağıq. Araşdırmalar apardıq və üç il bundan əvvəl belə bir qənaətə gəldik ki, bizim işlətdiyimiz texnologiyalar banklarda mövcud deyil. Çünki bankların heç vaxt iri həcmdə informasiyanın qısa müddətdə emal edilməsi və qərar vermə sistemlərinə ehtiyacı olmayıb. Amma indi banklar transformasiyaya məruz qalırlar. Digər məsələ isə maliyyə sektorundakı fəaliyyətləri asanlaşdırmaq üçün yeni texnologiyaların – FinTech-in yaranmasıdır. FinTech bir növ bankların müştərilərə təklif etdikləri xidmətləri onlardan daha tez və rahat göstərir. Banklar müştərilərini itirməsin deyə, daxili sistemlərində dəyişiklik etməlidirlər. Bunun üçün isə külli miqdarda vəsait və resurs lazımdır. Bu zaman biz banka yeni təkliflə müraciət edirik. Onlar üçün elə bir xidmət yaradırıq ki, FinTech həmin xidməti bankın əlindən ala bilməsin. Kiçik kreditlərin alınması qərarının avtomatlaşdırılması, rəqəmsallaşdırılmasını biz edirik. Beləliklə, operatorlardakı texnologiyanı banka gətirmiş oluruq. Bu, banklarda maraq doğurur. Həmçinin mobil cüzdan şirkətlərinin bizim bu xidmətə ehtiyacı var. Digər tərəfdən biz Big Data istiqamətinə yönəlmişik. Bu nədir? Mütəxəssislərimiz operatorlarda toplanmış həddindən artıq verilənlər bazasını emal edib ondan müəyyən məhsul hazırlayıb bazara çıxarmaq və satmaq üçün xidmət yaradıb. Bu xidməti hələ ki, bir operatorda – 45 milyon abonenti olan Nigeriya operatorunda qurmuşuq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 18 d. əvvəl
-
- 19 d. əvvəl
-
22 d. əvvəl
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
- 28 d. əvvəl
-
32 d. əvvəl
İlham Əliyev “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
- 36 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
5 bankın qiymətli kağızlara investisiyaları 150 milyon manatdan çoxdur
-
3 saat əvvəl
Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard dollar olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Əliyev və Bərzani görüşüb
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Dünyanın ən dəyərli markaları
Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard dollar olub
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan neftinin qiyməti azalıb
Yaponiyada 40 illik istiqraz gəlirliliyi 4 faizə yüksəlib

























