Nefti bahalaşdıra biləcək sürpriz qərar
Bəzi OPEC+ ölkələri may ayından 2023-cü ilin sonuna qədər neft hasilatının azaldacaqlarını elan etdilər. May ayından etibarən bu ölkələrin neft hasilatını könüllü olaraq azaltmasının ümumi həcmi təqribən 1,5 milyon barel/gün ola bilər.
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də daxil olmaqla bir sıra OPEC ölkələri könüllü olaraq 2023-cü ilin mayından neft hasilatını azaltmağa qərar veriblər.
Marja xarici mətbuata istinadən xəbər verir ki, ümumi azalma gündəlik 1,5 milyon bareldən çox ola bilər.
Səudiyyə Mətbuat Agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanı gündəlik hasilatı 500 min barel/gün azaldacaq.
BƏƏ Xəbər Agentliyinin yaydığı açıqlamaya görə, BƏƏ hasilatı gündəlik 144 min barel azaldacaq.
Bundan əlavə, gündəlik neft hasilatını İraq 211 min barel barel, Küveyt 128 min barel, Oman 40 min barel və Əlcəzair 48 min barel azaldacaq.
Səudiyyə Ərəbistanının Energetika Nazirliyi qeyd edir ki, hasilatın könüllü şəkildə azaldılması qərarı bir sıra OPEC+ ölkələri ilə razılaşdırılaraq qəbul edilib.
"Bu, neft bazarında sabitliyin qorunmasına yönəlmiş qabaqlayıcı tədbirdir", - məlumatda deyilir.
Bundan əvvəl Qazaxıstanın Energetika Nazirliyi may ayından 2023-cü ilin sonuna kimi hasilatın azaldılacağını elan edib - bu ölkə hasilatı sutkada 78 min barel azaldacaq.
Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiyanın da hasilatı könüllü olaraq gündəlik 500 min barel azaltmaq qərarını 2023-cü ilin sonuna qədər uzatdığını açıqlayıb. Rusiya Federasiyası mart ayında hasilatı azaltmağa başlayıb.
Alyans ölkələri hasilatın azaldılmasını OPEC+ nazirlər monitorinq komitəsinin aprelin 3-nə planlaşdırılan iclası ərəfəsində elan ediblər.
Qeyd edək ki, Brent neftinin qiyməti bu həfətə 79,89 dollardan bağlanıb.
2022-ci ilin oktyabrında OPEC+ sazişində iştirak edən ölkələr noyabr ayından hasilatı 2 milyon barel azaltmağa razılaşıb, həmçinin sazişin müddətini 2023-cü ilin sonuna qədər uzadıblar. Neft hasilatının azaldılmasının hesablanması üçün 2022-ci ilin avqust ayına olan OPEC+ sazişi üzrə kvotalar əsas götürülüb. Dekabrın 4-də keçirilən iclasda alyans ölkələri neft hasilatı üzrə hazırkı planı saxlamaq qərarına gəliblər. OPEC+ Monitorinq Komitəsi fevralın 1-də keçirilən iclasda da hasilat kvotalarının dəyişdirilməsini tövsiyə etməyib.
Bütün OPEC+ ölkələrinin nazirlərinin növbəti ümumi yığıncağı 2023-cü il iyunun 4-nə planlaşdırılıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
8 saat əvvəl
Azərbaycanın alüminium nəhəngi böyüyür - mənfəəti 5,7 dəfə artıb
-
9 saat əvvəl
Əhali tərəfindən Azərbaycana 1.4 milyard dollarlıq məhsul idxal edilib
-
-
9 saat əvvəl
Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
-
9 saat əvvəl
Mahmud Abbas: HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar
- 9 saat əvvəl
-
10 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakı Fond Birjasından "FINCA Azerbaijan"ın istiqrazları ilə bağlı qərar
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
Son Xəbərlər

Azərbaycanın alüminium nəhəngi böyüyür - mənfəəti 5,7 dəfə artıb

Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər

“Azkredit"in xalis mənfəəti artıb

Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq

"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
Ən çox oxunanlar

“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib

Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ

"Bu emissiya Bank of Baku-nun güclü imicini ortaya qoydu" - MÜSAHİBƏ

Qatar ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişin daşımalarına başlanılır - QİYMƏTLƏR

Sabahdan Bakı-Ağdam müntəzəm avtobus reysi işə düşəcək - Gediş haqqı qiyməti məlum oldu
