Qlobal bankdan kütləvi ixtisar planı - İŞÇİLƏRİN 20-30 FAİZİ İŞDƏN ÇIXARILIR
Credit Suisse ilə tarixi birləşməyə razılaşan İsveçrənin nəhəng bankı UBS, işçilərinin 20-30 faizini ixtisar etməyi planlaşdırır.İsveçrədəki bank böhranı məşğulluq tərəfində də ağır nəticələnəcək.
Marja.az İsveçrənin "Sonntagszeitung" qəzetinə istinadən xəbər verir ki, UBS işçi qüvvəsinin 20-30 faizini ixtisar etməyi planlaşdırır. Beləliklə, Bankın, dünya üzrə 36 min işçisi ilə yollarını ayırması gündəmdədir. İsveçrədə işdən çıxarılanların sayının 11 minə çatacağı gözlənilir.
UBS və Credit Suisse-nin ümumi işçilərinin sayı 125 min nəfərdir.
İsveçrənin köklü bankı Credit Suisse-dəki böhran səbəbindən İsveçrə Milli Bankı işə qarışaraq banka 54 milyard dollarlıq kredit xətti açıb. Davam edən böhran zamanı başqa bir köklü bank, UBS prosesə daxil olub və tarixi satınalma ilə Credit Suisse-i almağa razılaşıb.
UBS-in rəqibini almaq üçün 3 milyard İsveçrə frankı (3,3 milyard dollar) ödəyəcəyi bildirilib.
İsveçrə Milli Bankı saziş çərçivəsində UBS-ə 100 milyard frank likvidlik xətti verməyə razılaşıb. İsveçrə hökuməti, həmçinin UBS-ə alışdan yarana biləcək itkilərə görə 9 milyard frank zəmanət veriləcəyini açıqlayıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
55 d. əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
-
- 2 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
21 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Ən çox oxunanlar
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb












.jpg)



.jpg)







