"Banklardakı problemlər ABŞ-ı tənəzzülə yaxınlaşdırır"
Minneapolis FED sədri Neel Kashkari bank sistemindəki son stresslərin ABŞ iqtisadiyyatını tənəzzülə yaxınlaşdıracağını deyib.
ABŞ Mərkəzi Bankının (Fed) Minneapolis şöbəsinin sədri Neel Kashkari verdiyi müsahibəsində Silicon Valley Bank (SVB) və Signature Bankın uğursuzluqları ilə nəticələnən bank sistemindəki son gərginliklərin aradan qaldırılmasının zaman aparacağını bildirib. Kaşkari əlavə edib ki, bu gərginlik ABŞ iqtisadiyyatını tənəzzülə yaxınlaşdıracaq.
Kaşkari, “Biz bilirik ki, uzunmüddətli xəzinə istiqrazlarına sərmayə yatıran və buna görə riskdə olan başqa banklar da var. Biz onu da bilirik ki, bank sektorunda çoxlu kommersiya daşınmaz əmlakı var və yəqin ki, bank sektoruna da əks olunan bəzi itkilər var. Ona görə də bu prosesin tam aydınlaşması üçün vaxt lazımdır”,- deyib.
Minneapolis Fed sədri buna baxmayaraq, bank sisteminin bu təzyiqlərə tab gətirə biləcək qədər kapitala malik olduğuna diqqət çəkib.
"Bank sektorundakı son gərginlik bizi mütləq tənəzzülə yaxınlaşdırır. Bizim üçün qeyri-müəyyən olan bu bank stresslərinin nə qədərinin geniş yayılmış kredit böhranına səbəb olmasıdır. Bu kredit böhranı iqtisadiyyatı yavaşlatacaq",- Kaşkari əlavə edib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
8 saat əvvəl
Azərbaycanın alüminium nəhəngi böyüyür - mənfəəti 5,7 dəfə artıb
-
9 saat əvvəl
Əhali tərəfindən Azərbaycana 1.4 milyard dollarlıq məhsul idxal edilib
-
-
9 saat əvvəl
Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
-
9 saat əvvəl
Mahmud Abbas: HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar
- 9 saat əvvəl
-
10 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakı Fond Birjasından "FINCA Azerbaijan"ın istiqrazları ilə bağlı qərar
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
Son Xəbərlər

Azərbaycanın alüminium nəhəngi böyüyür - mənfəəti 5,7 dəfə artıb

Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər

“Azkredit"in xalis mənfəəti artıb

Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq

"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
Ən çox oxunanlar

“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib

Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ

"Bu emissiya Bank of Baku-nun güclü imicini ortaya qoydu" - MÜSAHİBƏ

Qatar ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişin daşımalarına başlanılır - QİYMƏTLƏR

Sabahdan Bakı-Ağdam müntəzəm avtobus reysi işə düşəcək - Gediş haqqı qiyməti məlum oldu
