Rublun ucuzlaşacağı gözlənilir - MƏZƏNNƏYƏ TƏZYİQ GÖSTƏRƏN ƏSAS AMİLLƏR
Rublun məzənnəsinə təzyiq göstərən əsas amillər sıralanıb.
Marja.az xəbər verir ki, amillər aşağıdakılardır:
- geosiyasi risklər;
- Rusiyanın büdcə kəsiri;
- sanksiyalar (neftin qiymətinin tavanı daxil);
- ABŞ Mərkəzi Bankının (FED) yüksək faizləri səbəbindən aşağı neft qiymətləri;
- ABŞ-da inkişaf edən bank böhranı fonunda tənəzzül gözləntiləri.
Yuxarıda göstərilən amilləri nəzərə alınaraq hələ də rublun ucuzlaşacağı gözlənilir. Aprelin 1-nədək dolların 78,30 rubl, avronun 85 rubl, yuanın 11,50 rubl səviyyəsində olması kifayət qədər real hesab edilir.
Keçən həftə rubla aşağıdakılar təsir edib:
- Çin sədri Si Cinpinin Rusiyaya səfəri;
- vergi tutulan dövr;
- ABŞ bank sektorunda gərginliyin azaldılması;
- ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırmaq qərarından sonra dolların ucuzlaşması.
FED uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq illik 5%-ə çatdırıb. Mərkəzi Bank öz qərarı ilə aydınlaşdırıb ki, bankların problemlərinə baxmayaraq, inflyasiya ilə mübarizə davam etdirilməlidir. İnvestorlar uçot dərəcəsinin artırılmasını əhəmiyyətsiz saydıqları üçün dollar təzyiq altına düşüb. Dollar indeksi 101,55 bəndədək geriləmiş, Dollar/rubl məzənnəsi 75,71 rubladək düşmüşdü.
ABŞ bank sektorunda gərginliyin azaldılması bütün riskli aktivləri dəstəkləyib. ABŞ-ın maliyyə naziri Janet Yellen vergi ödəyicilərinin Silicon Valley Bank və Signature Bank tərəfindən vurulan itkilərdən heç birinə məruz qalmayacağını deyib. Tənzimləyicilər lazım gələrsə, Amerika depozitlərinin təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görməyə hazırdır.
Ötən həftə Rusiya rublu vergi ödəmək üçün ixracatçı şirkətlər tərəfindən valyuta gəlirlərinin satışından əlavə dəstək alıb. Martın 27-dən 31-dək olan həftədə Rusiyanın iqtisadi təqvimi mühüm makro hadisələrlə zəngin deyil. Ayın sonuna qədər, vergi ödənişlərinin pik həddi martın 28-nə təsadüf etsə də, rublun təzyiq altında qalacağı gözlənilir.
Si Cinpinin Rusiyaya gəlişi ikitərəfli və uzunmüddətli münasibətlərin inkişafına təkan verib. Qarşılıqlı ticarət əməliyyatlarında rubl və yuanın payı 65%-ə çatıb və artmaqda davam edəcək. Yuana tələbat və ticarət həcmi artacaq.
Martın 20-dən 24-nə kimi olan həftədə Rusiyanın valyuta bazarında volatillik aşağı olub. Həftənin sonunda rubl avroya nisbətdə bir qədər dəyər itirib, dollar və Çin yuanı qarşısında bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
1 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
1 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)














.jpg)


