Basketbol ulduzu pulunu 50 banka yatırıb
Silikon Vadisi Bankının (SVB) iflası ilə ABŞ-da başlayan bank böhranının əks-sədaları davam edir, bazarlarda banklara olan etibar azalıb. Bu prosesdə böhranın sağlam banklara keçmə riski ən böyük qorxudur və pulunu 50 banka yatırmış "Milwaukee Bucks"ub ulduzu Giannis Antetokounmponun seçimi belə riskli hesab olunur.
Amerika peşəkar basketbol komandası "Milwaukee Bucks"ın super ulduzu Giannis Antetokounmpo Marc Lasry ilə tanış olmamışdan əvvəl bir çox bank hesabına sahib idi. Marc Lasry "Avenue Capital Group"un da qurucusu olan "Bucks"ın həmtəsisçisidir.
Marja xəbər verir ki, iki dəfə NBA-nın (Milli Basketbol Assosiasiyası - Şimali Amerikada 30 komandadan ibarət peşəkar basketbol liqası) MVP-si olan Antetokounmpo, hər biri ABŞ-ın Federal Əmanətlərin Sığortalanması Korporasiyasının (FDIC) limiti çərçivəsində (250 min dollaradək olan əmanətləri sığortalayır) 50 fərqli bankda hesablara sahib olub. Bu vəziyyət Marc Lasry-ni şoka salıb.
Bundan sonra Lasry ulduz Giannis Antetokounmpoya bəzi investisiya məsləhətləri verib.
Bank böhranından əvvəl Lasry deyib: “Mən oyunçulara hara investisiya etməli olduqlarını izah etməyə çox vaxt sərf edirəm. Giannis-ə "50 müxtəlif bankda hesabının olması doğru deyil. Çünki iri bank olan JPMorgan batsa, sizin kiçik banklarınız da batacaq” dedim. Dedim ki, oyunçular ABŞ istiqrazlarını alsınlar”.
27 yaşlı Antetokounmpo Yunanıstanda doğulub və kortda qeyri-adi atletik qabiliyyət nümayiş etdirir. 2010-cu illərin əvvəllərində Yunanıstan bank sistemini gərginləşdirən və vətəndaşları nağd pullarının təhlükəsiz olmadığından narahat edən borc böhranı ilə üzləşmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
8 saat əvvəl
Azərbaycanın alüminium nəhəngi böyüyür - mənfəəti 5,7 dəfə artıb
-
9 saat əvvəl
Əhali tərəfindən Azərbaycana 1.4 milyard dollarlıq məhsul idxal edilib
-
-
9 saat əvvəl
Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
-
9 saat əvvəl
Mahmud Abbas: HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar
- 9 saat əvvəl
-
10 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakı Fond Birjasından "FINCA Azerbaijan"ın istiqrazları ilə bağlı qərar
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
Son Xəbərlər

Azərbaycanın alüminium nəhəngi böyüyür - mənfəəti 5,7 dəfə artıb

Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər

“Azkredit"in xalis mənfəəti artıb

Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq

"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
Ən çox oxunanlar

“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib

Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ

"Bu emissiya Bank of Baku-nun güclü imicini ortaya qoydu" - MÜSAHİBƏ

Qatar ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişin daşımalarına başlanılır - QİYMƏTLƏR

Sabahdan Bakı-Ağdam müntəzəm avtobus reysi işə düşəcək - Gediş haqqı qiyməti məlum oldu
