Yumurtası bahalaşıb, əti ucuzlaşıb
2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,4 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8,6 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 12,5 faiz bahalaşmışdır. Bu barədə "Marja"ya Dövlət Statistika Komitəsindən bildirilib.
2017-ci ilin iyun ayında may ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,1 faiz, bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,5 faiz ucuzlaşmış, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,3 faiz bahalaşmışdır.
Ay ərzində bitkiçilik məhsullarından lobyanın, bibərin, tərxunun, xiyarın, pomidorun, qarğıdalının, baş soğanın, kartofun, albalının, alçanın, gilasın istehsalçı qiymətlərində ucuzlaşma, baş kələmin, şüyüdün, süfrə çuğundurunun, baş sarımsağın, yonca və fındığın qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
İyun ayında heyvandarlıq məhsullarından yumurtanın istehsalçı qiyməti bahalaşmış, südün və quş ətinin istehsalçı qiymətləri isə ucuzlaşmışdır. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
NƏQLİYYAT SEKTORUNDA
2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 12,3 faiz bahalaşmışdır.
Cari ilin iyun ayında may ayına nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri 0,1 faiz, o cümlədən avtomobil nəqliyyatında ölkələrarası yükdaşıma qiymətləri 3,1 faiz, boru kəməri nəqliyyatı ilə neftin nəql olunma qiyməti 0,3 faiz ucuzlaşmış, dəniz nəqliyyatında ölkələrarası yükdaşıma qiymətləri 0,1 faiz bahalaşmış, qazın nəql olunma qiyməti, dəmiryol nəqliyyatında ölkədaxili və ölkələrarası yükdaşıma qiymətləri, hava nəqliyyatında ölkələrarası yükdaşıma qiymətləri və avtomobil nəqliyyatında ölkədaxili yükdaşıma qiymətləri sabit qalmışdır.
SƏNAYE SEKTORUNDA
2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 49,7 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 51,9 faiz, emal sənayesi üzrə 32,8 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 59,6 faiz, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə 5,0 faiz bahalaşmışdır.
2017-ci ilin iyun ayında may ayına nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 6,0 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 8,0 faiz (xam neft və təbii qaz hasilatı üzrə 8,0 faiz, metal filizlərin hasilatı üzrə 1,7 faiz), emal sənayesi üzrə 0,4 faiz ucuzlaşmış, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 2,2 faiz bahalaşmış, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə istehsalçı qiymətləri sabit qalmışdır. Ay ərzində emal sənayesində istehsalçı qiymətləri elektrik avadanlıqlarının istehsalı üzrə 7,7 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 2,1 faiz, toxuculuq sənayesi üzrə 1,3 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 0,9 faiz, içki istehsalı üzrə 0,6 faiz, mebel istehsalı və kimya sənayesi üzrə 0,1 faiz bahalaşmış, metallurgiya sənayesi üzrə 3,9 faiz, tütün məmulatlarının istehsalı üzrə 3,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 3,5 faiz, tikinti materiallarının istehsalı üzrə 1,4 faiz, qida məhsullarının istehsalı üzrə 0,7 faiz, neft məhsullarının istehsalı üzrə 0,3 faiz, maşın və avadanlıqların istehsalı və dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə isə 0,2 faiz ucuzlaşmışdır. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində dəyişikliklər baş verməmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 saat sonra
-
- 3 d. əvvəl
-
16 d. əvvəl
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
- 32 d. əvvəl
-
49 d. əvvəl
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
19 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 26 GÜN
Ən çox oxunanlar
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb







.jpg)







.jpg)









