Bank Respublika əməkdaşları ağacəkmə aksiyasında iştirak edib
Bank Respublika əməkdaşları H.Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə təşkil edilən ağacəkmə aksiyasında iştirak edib.(®️) Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə Bakı şəhəri, Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilmişdir.
“Bank Respublika”nın rəhbərliyi və əməkdaşlarının da iştirak etdiyi aksiya zamanı 3 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 300-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib. Aksiya çərçivəsində ağacların əkilməsi ilə yanaşı, həmçinin damcılı suvarma sisteminin qurulması işləri də həyata keçirilib.
Qeyd edək ki, aksiya Azərbaycan Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə adıçəkilən Assosiasiyalar arasında ölkədə yüksək keyfiyyətli ekoloji mühitin yaradılması istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərilməsi sahəsində əməkdaşlığa dair 13 mart 2023-cü il tarixində imzalanmış “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində həyata keçirilir.
Memorandumun məqsədi tərəflərin iştirakı ilə 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağacın əkilməsi ilə əlaqədar müvafiq işlərin görülməsindən ibarətdir.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
25 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 37 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb
























