Azərbaycanın meyvə və tərəvəz konservləri istehsalçısı yeni mağazalar şəbəkəsi açır
Meyvə-tərəvəz məhsullarının emalı üzrə ixtisaslaşmış “Brightman BMC” MMC şirkəti yeni mağazalar şəbəkəsini yaradır.
Marja.az xəbər verir ki, şirkət "Novruz" adlı mağazalar açacaq. Mağazalar "Made in Azerbaijan" brendi altında istehsal olunan yerli qida məhsullarının satışı ilə məşğul olacaq.
İlk "Novruz" mağazası Bakıda Atatürk prospekti və Məmməd Araz küçələrinin kəsişməsində fəaliyyətə başlayacaqdır.
"Brightman BMC" MMC "ZIRA Natural & Gourmet" brendi altında meyvə və tərəvəz konservlərinin istehsalçısı və ixracatçısıdır.
2015-ci ildən bazarda olan şirkət öz məhsullarını fəal şəkildə inkişaf etdirir və dünyanın müxtəlif ölkələrinə - Rusiya, Yaponiya, Ukrayna, Qazaxıstan, Polşa və s. ixrac edir.
"Brightman BMC" MMC dövlətdən güzəştli kredit də alıb.
Ötən ilin sonunda "Brightman BMC" tezliklə öz firma mağazasının açılacağı barədə məlumat yaymışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 9 d. əvvəl
-
- 19 d. əvvəl
- 35 d. əvvəl
-
37 d. əvvəl
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artıb
Qızıl daha da bahalaşdı
Martın 3-də gözlənilən hava şəraiti



















