“Amerika inhisarı” tezliklə sona çatacaq - “Washington Times”
Washington Times: Yeni qlobal ehtiyat (rezerv) valyutasının yaradılması dolların monopoliyasına son qoyacaqÇin və Rusiya Braziliya, Hindistan və Cənubi Afrika ilə birlikdə ABŞ dolları ilə rəqabət apara biləcək “yeni qlobal ehtiyat valyutası yaratmaq üzərində çalışdıqlarını” açıqlayıblar.
Marja-nın məlumatına görə, "Washington Times"ın köşə yazarı Riçard Rahn (Richard W. Rahn) yazır ki, bu proseslər, ABŞ dollarını birdəfəlik dünyanın əsas ehtiyat valyutası "taxtından" məhrum edə bilər.
O qeyd edib ki, Birinci Dünya Müharibəsi başa çatdıqdan sonra üstünlük verilən ehtiyat və hesablaşma valyutası kimi Britaniya funtunu əvəz edən ABŞ dolları əsas qlobal valyuta olub. İkinci Dünya Müharibəsinin sonuna qədər əksər ölkələr hələ də qızıl standartında idi, lakin bu dövr 1971-ci ildə ABŞ-ın bu “qızıl pəncərəni” bağlaması ilə başa çatdı.
Jurnalist bildirib ki, bir çox ölkələr dolların “girovu” olub. Çin, Rusiya və bir çox başqa ölkələr valyuta ehtiyatlarının böyük hissəsini dollarda saxlayırlar. Neft, qarğıdalı, şəkər, qəhvə, mis və alüminium kimi faktiki olaraq bütün dünya əmtəələri dollarla qiymətləndirilir və satılır. Bu vəziyyət ABŞ-a xarici ölkələrə maliyyə sanksiyaları tətbiq etmək, o cümlədən onların dollar bank hesablarını dondurmaq, habelə ticarət əməliyyatları aparmaq və investisiya cəlb etmək imkanlarını məhdudlaşdırmaq kimi unikal üstünlüklər verir. ABŞ dollarına bağlılıqdan narazılıq təkcə sanksiyalara məruz qalan ölkələrdə deyil, ABŞ-a dost dövlətlərdə də yaşanır. Bu dövlətlərdə yaxşı bilirlər ki, onlar da birdən-birə Amerika siyasətçilərinin gözündən düşsələr, hər an müəyyən iqtisadi məhdudiyyətlərlə üzləşə bilərlər.
Bundan əlavə, dollar dünyanın ehtiyat və hesablaşma valyutası olduğundan, bu, Amerika siyasətçilərinin üzərinə əlavə məsuliyyət yükü qoyur, yəni onlar inflyasiyaya təkan verə biləcək pul siyasəti, eləcə də ehtiyatsız fiskal siyasət yürütməməkdən ehtiyatlı olmalıdırlar.
"Təəssüf ki, Federal Ehtiyatlar Sistemi (FED), ABŞ Konqresi və administrasiyası son bir neçə ildə məsuliyyətsiz davrandılar",- Rahn yazıb.
Bu gün Çin və Rusiya ABŞ dollarına alternativ yaratmaq üzərində fəal işləyirlər. Çin və Rusiya arasında ticarət hesablaşmalarında ABŞ valyutasının payı 2015-ci ildəki təxminən 90 faizdən bu il təxminən 40 faizə düşüb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
58 d. əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
-
2 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
4 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Ən çox oxunanlar
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ






.jpg)
.jpg)





.jpg)



.jpg)






