Adidas-ın xalis mənfəəti 2022-ci ildə 3,5 dəfə azalıb
Adidas-ın xalis mənfəəti 2022-ci ildə 3,5 dəfə azalaraq 612 milyon avroya düşüb
Dünyanın ən böyük idman geyimi və aksesuarları istehsalçılarından biri olan Almaniyanın "Adidas AG" şirkətinin səhmdarlarına aid olan xalis mənfəəti 2021-ci illə müqayisədə ötən il 3,5 dəfə azalaraq 612 milyon avroya düşüb.
Marja xəbər verir ki, bu, şirkətin press-relizində deyilir.
Səhmbaşına mənfəət 2021-ci ildəki 10,9 avrodan 3,34 avroya qədər azalıb.
Ötən il Şirkətin gəlirləri 6% artaraq 22 milyard 511 milyon avro təşkil edib.
Dördüncü rübdə şirkət 512 milyon avro xalis zərərlə üzləşib (2021-ci ilin dördüncü rübündə 202 milyon avro mənfəət əldə etmişdi). Dördüncü rübdə şirkətin gəlirləri 1,3% artaraq 5 milyard 205 milyon avro təşkil edib.
2023-cü ildə, Adidas, məzənnə fərqləri nəzərə alınmadan gəlirlərinin 7-9% azalacağını proqnozlaşdırır.
1924-cü ildə Adolf Dassler tərəfindən əsası qoyulan Adidas AG idman ayaqqabıları, geyimləri və avadanlıqları istehsalında dünya liderlərindən biridir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 21 d. əvvəl
-
-
24 d. əvvəl
Milli Depozit Mərkəzi ilə Clearstream arasında əməkdaşlıq imkanları müzakirə edilib
-
29 d. əvvəl
“PAŞA Holding”in iştiraki ilə “Kibertəhlükəsizlikdə qadınlar: Karyera və təhsil” tədbiri keçirilib
-
48 d. əvvəl
Siniflər üzrə sığorta haqları və sığorta ödənişləri - SİYAHI
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sığorta şirkətləri 8 ayda 1 milyard manatdan çox haqq yığıblar
-
1 saat əvvəl
Daha 2 şirkət Xankəndidə cari təmir işləri üzrə sifariş aldı - 1,6 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR
-
1 saat əvvəl
Türk Hava Yolları böyük sayda Boeing təyyarəsi sifariş verdi
-
1 saat əvvəl
Naxçıvan Sənaye Parkının layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Qanunsuz balıq ovu faktları aşkarlanıb - 9198 manat zərər

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Daha 2 şirkət Xankəndidə cari təmir işləri üzrə sifariş aldı - 1,6 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR

Türk Hava Yolları böyük sayda Boeing təyyarəsi sifariş verdi
Ən çox oxunanlar

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək
