Türkiyədə müxalifətin Prezident seçkisində ortaq namizədi açıqlandı
"6-lı masa"nın iclasından sonra bəyanat: Millət İttifaqının Prezident seçkisində namizədi Kamal Kılıçdaroğludur. Digər 5 partiyanın sədrləri vitse-prezident olacaqlar.
Türkiyədə 6 müxalifət partiyasının (6-lı masa və ya Millət İttifaqı) Prezident seçkisində ortaq namizədinin CHP sədri Kemal Kılıçdaroğlu olduğu açıqlandı.
Marja xəbər verir ki, Türkiyədə, "İYİ Partiya"nın sədri Meral Akşener 72 saat ayrıldıqdan sonra 6 nəfərlik masaya qayıtdıqdan və "Səadət" Partiyasının ev sahibliyi etdiyi toplantıya qatıldıqdan sonra 6 partiyadan formalaşan Millət İttifaqı prezidentliyə namizədi ilə bağlı açıqlama verilib.
"Səadət" Partiyasının sədri Temel Karamollaoğlu Millət İttifaqının prezidentliyə namizədinin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu olduğunu açıqlayıb.
Millət İttifaqının prezidentliyə namizədini elan etmək üçün söz alan Temel Karamollaoğlu deyib:
"Hörmətli Kemal Kılıçdaroğlu bizim prezidentliyə namizədimizdir. Missiyamızın xeyirli olmasını diləyirik."
Daha sonra Kemal Kılıçdaroğlu kürsüyə çıxıb. Kılıçdaroğlu deyib:
"Hamınızın hüzurunda hörmətli partiya sədrlərinə bir-bir ürəkdən təşəkkür edirəm. Yunus Əmrə deyib ki, "paylaşsaq tox, bölünsək məhv olarıq". Ən böyük zəhmətimiz Türkiyəni dinc günlərə gətirməkdir. Biz Millət İttifaqı olaraq Türkiyəni məsləhətləşərək idarə edəcəyik. Gücləndirilmiş parlament sisteminə keçidin yol xəritəsini razılaşdırmışıq. Digər partiyaların sədrləri vitse-prezident olacaqlar”.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
59 d. əvvəl
SOCAR İtaliyada 4500 yanacaqdoldurma məntəqəsi olan şəbəkəni aldı
-
-
1 saat əvvəl
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Nyu Yorkda görüş keçirilib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Spirtin və alkoqollu içkilərin istehsalı, idxal və satışına dövlət nəzarəti bu quruma da tapşırıldı
-
2 saat əvvəl
Azərbaycanı Uşaq Avroviziya 2025 mahnı müsabiqəsində Yağmur Nəsrullayeva təmsil edəcək
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda tarixi hadisə: ITMF və ATA-nın birgə seminarı ilk dəfə Bakıda
-
3 saat əvvəl
2029-cu ilə qədər BƏƏ-nin tikinti sektorunun illik həcmi 130,8 milyard dollara çatacaq
-
3 saat əvvəl
Fond "Basalt Group"ın nizamnamə kapitalında iştirak edəcək, bazalt istehsalına investisiya qoyulacaq
- 3 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

SOCAR İtaliyada 4500 yanacaqdoldurma məntəqəsi olan şəbəkəni aldı

Fond "Basalt Group"ın nizamnamə kapitalında iştirak edəcək, bazalt istehsalına investisiya qoyulacaq

Azercell ilə şəhərdaxili mikromobillikdə yeni mərhələ
Ən çox oxunanlar

Azərbaycan şirkətinin rəhbərinin ideyası əsasında ofis əməkdaşları üçün universal kreslo hazırlanıb

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycan neftinin son qiyməti

Bakıda “Şəhər daxilində yeni şəhər” - Böyükşor gölü ətrafına 5 milyard dollaradək investisiya yatırılacaq

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub
