Bakıda hipermarketdə silahlı atışma olub - VİDEO
Ölən və yaralanan varTƏBİB: Hadisə nəticəsində xəsarət alan 2 nəfər Sabunçu Tibb Mərkəzinə yerləşdirilib
1 nəfər hadisə yerində vəfat edib.
XXX
Bakıda Əhmədlidəki hipermarketdə atışma nəticəsində ölən şəxsin adı məlum olub.
Atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Ölən şəxs polis əməkdaşı Həsənov Rüfət Rahib oğludur.
XXX
"Bravo"nun Əhmədli hipermarketində silahlı atışma zamanı iki nəfərin güllələndiyi bildirilir. Məlumata görə, onlardan biri hadisə yerində vəfat edib. Digər şəxs isə yaralı halda xəstəxanaya aparılıb.
Ölən şəxsin banklardan birinin inkassatoru olduğu bildirilir.
XXX
Bakıda "Bravo" şəbəkəsində atışma olub.
Hadisə Xətai rayonundakı "Bravo"nun Əhmədli hipermarketində qeydə alınıb.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanının əməkdaşları cəlb edilib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, paytaxtın Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib. Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
XXX
Bakıda marketlərin birində silahlı atışma olub.
Məlumata görə, hücumun inkassatorun maşınına olduğu bildirilir.
Hadisə nəticəsində ölən və yaralananların olub-olmadığı dəqiqləşdirilir.

© APA. Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
14 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib






















