Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkaları keçiriləcək - ÜNVANLAR
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 4-5 mart tarixlərində paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, yarmarkaların əsas məqsədi yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
Budəfəki yarmarkalarda 50 regiondan 72 fermer iştirak edəcək. Fermerlər 80-dən artıq çeşiddə yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.
Yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, vətəndaşlar məhsulların keyfiyyət göstəriciləri ilə tanış olmaq üçün yarmarka ərazisində fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasının xidmətlərindən faydalana bilərlər.
Qeyd edək ki, yarmarkalar fermerlər üçün tamamilə ödənişsiz şəkildə təşkil olunur. Fermerlər piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar. Həmçinin məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvanlara qədər daşınır.
“Kənddən Şəhərə” həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda təşkil olunacaq:
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı)
Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B (“İnqilab” kinoteatrının yanı)
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
50 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
51 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib





.jpg)
.jpg)









.jpg)








