Yeni regional mədəniyyət idarələri yaradıldı - SƏRƏNCAM
Azərbaycanda yeni regional mədəniyyət idarələri yaradılıb.
"Marja" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” sərəncamına dəyişiklik edib.
Sərəncamla Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələri (Sumqayıt Regional Mədəniyyət İdarəsi, Xaçmaz Regional Mədəniyyət İdarəsi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Şəki Regional Mədəniyyət İdarəsi, Kürdəmir Regional Mədəniyyət İdarəsi, Ağstafa Regional Mədəniyyət İdarəsi, Şəmkir Regional Mədəniyyət İdarəsi, Gəncə Regional Mədəniyyət İdarəsi, Bərdə Regional Mədəniyyət İdarəsi, Ağcabədi Regional Mədəniyyət İdarəsi, Ağdaş Regional Mədəniyyət İdarəsi, Sabirabad Regional Mədəniyyət İdarəsi, Biləsuvar Regional Mədəniyyət İdarəsi, Masallı Regional Mədəniyyət İdarəsi və Lənkəran Regional Mədəniyyət İdarəsi) əsasında Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq, aşağıdakı regional mədəniyyət idarələri yaradılır:
1.1. Abşeron–Xızı Regional Mədəniyyət İdarəsi;
1.2. Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi;
1.3. Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsi;
1.4. Qarabağ Regional Mədəniyyət İdarəsi;
1.5. Qazax–Tovuz Regional Mədəniyyət İdarəsi;
1.6. Quba–Xaçmaz Regional Mədəniyyət İdarəsi;
1.7. Lənkəran–Astara Regional Mədəniyyət İdarəsi;
1.8. Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi;
1.9. Mil–Muğan Regional Mədəniyyət İdarəsi;
1.10. Şəki–Zaqatala Regional Mədəniyyət İdarəsi;
1.11. Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi;
1.12. Şirvan–Salyan Regional Mədəniyyət İdarəsi.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)





.jpg)








