Azərbaycanda 300 min unsiyaya yaxın ehtiyatı olan qızıl yatağında hasilat işlərinə başlandı

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Göygöl rayonunun inzibati ərazisində yerləşən “Tülallar” qızıl yatağında hasilat işlərinə başlayıb.
Şirkətin yaydığı məlumatda bildirilir ki, qızıl yatağında süxurların ilk dəfə partladılması prosesi Səhmdar Cəmiyyət üçün ən əlamətdar təqvimlərdən birində, 11 fevral 2023-cü il tarixində - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Səhmdar Cəmiyyətin təsis olunmasının 8-ci ildönümündə baş tutub.
Qeyd edilib ki, “Tülallar” qızıl yatağı SSRİ dövründə kəşf edilmiş, lakin geniş tədqiq edilməmiş, 2017-ci ildən QSC-nin geoloqları tərəfindən geniş tədqiq edilərək, 2022-ci ildə beynəlxalq nüfuzlu məsləhətçi “Micon International Co Limited” şirkəti tərəfindən ilkin mərhələdə yerin təkində 298 min unsiya qızıl, çıxarılabilən həcm olaraq isə 85 min unsiya qızıl ehtiyatı hesablanıb təsdiqlənərək, dövlət balansına alınıb.
Hazırda istismar müddəti 3 il nəzərdə tutulan qızıl yatağında hasilat işləri ilə paralel ehtiyatların artırılaraq, istismar müddətinin uzadılması üçün mədənin yaxın və uzaq cinahlarında, Göygöl-Daşkəsən inzibati rayonlarının ərazisinə təsadüf edən sahələrdə intensiv geoloji axtarış-qiymətləndirmə, ilkin geoloji-kəşfiyyat işləri davam etdirilir və artıq bir sıra minerallaşma zonaları aşkar edilib. Perspektivli minerallaşma sahələrinin 2023-cü il ərzində maqnit və elektrik geofiziki tədqiqat üsulları ilə öyrənilməsi həyata keçiriləcəkdir. Bununla “Tülallar” yatağının çıxarılabilən ehtiyatlarının və istismar müddətinin ən azı 3 ildən 4 il 2 aya qədər artırılması əsas gözləntilər sırasındadır.
"Ümumilikdə, mədənin istismara verilməsi bölgədə yeni iş yerlərinin yaradılması ilə məşğulluğun artırılması və beləliklə, ölkəmizin qeyri-neft sektorunun inkişafına, Daşkəsən və Göygöl rayonlarının əhalisinin rifah halının daha da yaxşılaşdırılmasına müsbət təsirlərini göstərəcəkdir",- məlumatda bildirilir.
Məlumatda xatırladılıb ki, “Tülallar” hasilat sahələrinin genişləndirilməsi, respublikanın malik olduğu zəngin mineral-xammal potensialının dayanıqlı inkişafa çevrilməsi, ölkənin sosial-iqtisadi inkişafına töhfələrin verilməsini qarşıya məqsəd qoyan “AzerGold” QSC-nin istismara verdiyi sayca 4-cü qızıl yatağıdır. Səhmdar Cəmiyyətin Daşkəsən rayonunda mövcud olan maddi-texniki bazasından mərkəzləşdirilmiş qaydada istifadə edilməsi, yataqların iqtisadi səmərəliliyinin təmin edilməsi üçün daha öncə istismara verilən “Çovdar”, “Ağyoxuş-1” və “Mərəh” qızıl yataqları ilə yanaşı, “Tülallar” qızıl yatağının resurslarının istehsalı prosesi də Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES), inşası cari il ərzində yekunlaşdırılacaq CIL (Carbon in Leach) zavodunda çən aşındırma metodu ilə həyata keçiriləcəkdir. Sözügedən yatağın ÇİRES-in əsas komponenti olduğunu nəzərə alaraq, görülən işlər ümumilikdə regional emal sahəsinin istismar dövrünün də artırılması ilə Gəncə-Daşkəsən iqtisadi rayonunun sosial-iqtisadi tərəqqisinin davamlılığının təmin olunmasına əlavə töhfə verəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
6 saat əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
6 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
7 saat əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 7 saat əvvəl
-
8 saat əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib
Ən çox oxunanlar

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
