"DəmirBank"a yeni səhmdarlar gəlir, kapitalı neqativdən çıxacaq
Xəbər verdiyimiz kimi, 11 beynəlxalq investor "DəmirBank" ASC-in məcmu kapitalının artırılmasına qərar vermişdir.
Belə ki, məcmu kapitalın əhəmiyyətli dərəcədə artırılması planı Bankın xarici borclarının (105 milyon dollar = 179 milyon manat) 1-ci dərəcəli kapitala çevrilməsini nəzərdə tutur.
Dəmir Bankın 1-ci dərəcəli kapitalının 179 milyon manat artırılması ilə Bankın cəmi kapitalı təxminən 43 milyon manata qalxacaqdır.
“Marja” xəbər verir ki, 2016-cı ildə DəmirBank zərər etdiyindən Bankın məcmu kapitalı neqativ 136 milyon 147 min manata düşmüşdü. Bankın xarici borclarının kapitala çevrilməsi nəticəsində 136 milyon 147 min manat örtüləcək, eyni zamanda, Bankın təxminən müsbət 43 milyon manat cəmi kapitalı yaranacaqdır.
Əgər “DəmirBank” bu il mənfəət əldə edib yığılmış zərərini azaldarsa, eyni zamanda nizamnamə kapitalını artırarsa bankın məcmu kapitalı tələb olunan 50 milyon manatı keçə bilər.
YENİ SƏHMDARLAR GƏLİR - XARİCİ İNVESTORLARIN NƏZARƏTİNƏ KEÇİR
Qeyd edək ki, Beynəlxalq investorlar sırasında Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı (yeni), Qara dəniz Ticarət və İnkişaf Təşkilatı (yeni), German DEG (KfW Group) (yeni), Hollandiya Maliyyə Təşkilatı (FMO), İsveçrə responsAbility Investments AG (yeni), OPEK Beynəlxalq İnkişaf Fondu (yeni) və digər maliyyə nəhəngləri yer alır.
"29 İyun 2017-ci il tarixində kompleks yenidən kapitallaşma planı maliyyə nizamlayıcısının - Maliyyə Bazarlarına Nəzarət Palatasının diqqətinə çatdırılıb. Razılaşdırılmış təklifə əsasən, beynəlxalq investorlar Azərbaycanın maliyyə sektorunda əsas beynəlxalq oyunçulardan biri olmaq üçün inkişaf etdiriləcək “DəmirBank”ın əsas səhmdarları olacaqlar",- Bankın bu gün yayadığı açıqlamada deyilir.
Hazırda “Dəmirbank”ın nizamnamə kapitalı 21 milyon manatdır. Bu məbləğin 25%-ni və yaxud 5,25 milyon manatını Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), 10%-ni və yaxud 2,1 milyon manatını Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), qalan 65%-ni və yaxud 13,65 milyon manatını isə Bankın Müşahidə Şurasının sədri Rəhman Hacıyev və onun ailə üzvləri daxil olmaqla yerli səhmdarlar təmin edib. Yəni, hazırda Bankda xarici investorların payı 35% və yaxud 7,35 milyon manatdır.
Yeni kapitallaşma planına əsasən, “Dəmirbank”ın nizamnamə kapitalı 105 milyon dollar və yaxud bugünkü məzənnə ilə 178,5 mln. manat artırılaraq 199,5 mln. manata çatdırılacaq. Kapital artımı son vaxtlar Azərbaycanın bank sektorunda geniş yayılmış təcrübə - xarici investorlara qaytarılmalı olan borcların adi səhmlərə çevrilməsi yolu ilə həyata keçiriləcək. Bu isə o deməkdir ki, Bankın nizamnamə kapitalında yerli səhmdarların payı 13,65 milyon manat (6,85%) qalacaq, xarici səhmdarların payı isə 185,85 milyon manat (93,15%) olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
8 d. əvvəl
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda - "Kristal!"
-
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 17 saat əvvəl
-
17 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
19 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 19 saat əvvəl
-
19 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda - "Kristal!"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
İndi aviabiletlər də ABB Business-də alınır
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub




















