“Huner Group” və “Turan Tovuz” müqavilə imzaladı - FOTOLAR
"Huner Group"un təsisçisi Ehtiram Quliyev: İnanırıq ki, bu əməkdaşlıq hər iki tərəf üçün uğurlu olacaq, komandamız tezliklə öz şanlı tarixi günlərinə geri qayıdacaq və ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edəcək”.“Turan Tovuz” PFK ilə “Huner Group” arasında tərəfdaşlıq haqqında müqavilə imzalanıb.
Belə ki, ölkənin inşaat sektorunda qabaqcıl şirkətlərdən hesab olunan “Huner Group” şirkəti “Turan Tovuz” PFK-nın baş sponsoru qismində çıxış edəcək.
Fevralın 11-də Tovuz şəhər stadionunda Futbolun İnkişaf Fondunun (FİF) vasitəçiliyi ilə baş tutan tərəfdaşlıq müqaviləsini “Turan Tovuz” futbol klubunun İdarə Heyətinin sədri Rəşid Məhərrəmov və "Huner Group"un təsisçisi Ehtiram Quliyev imzalayıblar.
Tədbirdə FİF-in icraçı direktoru Tural Piriyev, klubun İdarə Heyətinin üzvləri, əməkdaşları və media nümayəndələri iştirak ediblər. İmzalanma mərasimindən sonra media nümayəndələrinin sualları cavablandırılıb. Bu əməkdaşlıqdan məmnunluğunu dilə gətirən Ehtiram Quliyev bildirib:
“Ölkəmizdə, xüsusilə də bölgələrdə futbolun inkişafına töhfə qatmaq bizim üçün qürurvericidir. İnanırıq ki, bu əməkdaşlıq hər iki tərəf üçün uğurlu olacaq, komandamız tezliklə öz şanlı tarixi günlərinə geri qayıdacaq və ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edəcək”.
Qeyd edək ki, xidmət göstərdiyi sahələrdə uğurlu nəticələr əldə edən Huner Group özünəməxsus tərzi, fərqli yanaşması və yaradıcı həll təklifləri ilə bugünədək müxtəlif layihələr həyata keçirib. Biznesin fərqli sahələrində xidmət göstərən şirkətlər qrupunun əsas fəaliyyət istiqaməti inşaatdır. "Huner Group" Azərbaycanın ən böyük şəhərsalma layihələrindən biri hesab edilən Bakı Ağ Şəhərdə bir-birindən fərqli dörd yaşayış kompleksini uğurla inşa edib. Şirkət yaratdığı etibarlı və nüfuzlu marka dəyərini qoruyaraq iqtisadiyyatın və sahibkarlığın inkişafında daha böyük miqyaslı işlərə imza atmağı hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 14 d. əvvəl
- 17 d. əvvəl
- 19 d. əvvəl
- 20 d. əvvəl
- 23 d. əvvəl
- 24 d. əvvəl
- 12 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Ən çox oxunanlar
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu














.jpg)

