İnvestor ola bilərsiniz – “Leobank”ın yeni xidməti artıq istifadəçilər üçün əlçatandır
(®️) “Unibank”ın mobil bankçılıq xidməti olan Leobank, birbaşa tətbiqin içində investisiya funksiyasını işə salıb.
600-dən çox maliyyə aləti ilə ticarət etmək artıq sadəcə telefon vasitəsilə mümkündür.
İndi Leobank müştəriləri bunlara investisiya edə bilər:
- dünyaca məşhur ABŞ şirkətlərinə (məsələn, Apple və ya Tesla) və ABŞ fond bazarında siyahıya alınmış ən böyük beynəlxalq kompaniyalara;
- indekslərə (S&P 500 və Dow Jones daxil olmaqla),
-kriptovalyutalara (Bitcoin, Ethereum və s.).
“İnvestisiyalar” xidməti Leobank müştərilərinə bir neçə toxunuşla öz portfelini idarə etmək, eləcə də bazar xəbərlərini birbaşa tətbiqdə izləmək imkanı verir.
Səhmləri almaqla, müştərilər bu şirkətlərin səhmdarları olurlar və səhmlərə sahib olduqları müddət ərzində dividendlər (səhmlərə dividend gözlənilirsə) əldə edirlər. Bir şirkətin səhmlərində qiymət artımı olduqda, müştəri portfeli də öz qiymətini artırır.
Müştərilər Amerika fond bazarının iş saatları ərzində (iş günləri Bakı vaxtı ilə saat 18:30-dan 01:00-a qədər) səhmləri ala və sata bilərlər, eyni zamanda, vaxt məhdudiyyəti olmadan kriptovalyuta ilə ticarət edə bilərlər.
Alış Leobank kartı ilə həyata keçirilir. Səhmlərin və indekslərin alqı-satqısı üçün komissiya 0,5%, kriptovalyutalar - 2% ( 1 manatdan az olmayaraq) təşkil edir.
İnvestisiyaların təhlükəsizliyinə görə isə bank müştəriləri narahat olmaya bilərlər. Səhmlərin saxlanması Azərbaycan qanunvericiliyinə uyğun olaraq, “Unicapital” İnvestisiya Şirkəti tərəfindən həyata keçirilir. Əməkdaşlığın təfərrüatları Leobank tətbiqinin “İnvestisiyalar” bölməsində ətraflı təsvir edilib.
İnvestisiya əlavə gəlir gətirə bilər, lakin unutmayın ki, uğur qazanmaq bazarların vəziyyətindən asılıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 11 d. əvvəl
-
- 31 d. əvvəl
- 34 d. əvvəl
-
39 d. əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
1 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
1 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 1 saat əvvəl
-
1 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Ən çox oxunanlar
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib



















