Gəncədə orta maaş açıqlanıb
2022-ci ilin yanvar-noyabr aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 615,7 manat, həmçinin dövlət sektorunda 666,6 manat, qeyri-dövlət sektorunda 532,4 manat təşkil edib.2022-ci ilin yanvar-noyabr aylarında Gəncə şəhərində muzdla çalışanların orta aylıq nominal əmək haqqısı açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsindən Marja-ya daxil olan məlumata görə, məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı 2022-ci ilin yanvar-noyabr aylarında 45721 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 28480 nəfər (62,3 faiz), qeyri-dövlət sektorunda isə 17241 nəfər (37,7 faiz) təşkil etmişdir.
Muzdlu işçilərin 17,86 faizi məhsul istehsalı sahələrində, ondan 15,86 faizi sənaye (o cümlədən 0,02 faizi mədənçıxarma, 9,60 faizi emal, 2,30 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 3,94 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı) sahələrində, 1,24 faizi tikinti, 0,76 faizi kənd təsərrüfatı, ovçuluq və meşəçilik sektorunda məşğul olmuşdur.
Xidmət sahələrində çalışanların 24,55 faizi təhsil, 23,52 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,09 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,14 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,75 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,18 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 2,09 faizi peşə, elmi və texniki fəaliyyət, 1,56 faizi maliyyə və sığorta, 1,17 faizi informasiya və rabitə, 0,39 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,26 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0,24 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 0,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində çalışmışlar.
2022-ci ilin yanvar-noyabr aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 615,7 manat, həmçinin dövlət sektorunda 666,6 manat, qeyri-dövlət sektorunda 532,4 manat təşkil etmiş, 2021-ci ilin müvafiq dövrünə nisbətən şəhər üzrə 13,8 faiz, dövlət sektoru üzrə 19,9 faiz, qeyri-dövlət sektoru üzrə isə 4,3 faiz artmışdır. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əməkhaqqı şəhər göstəricisindən çox olmuş, emal bölməsində 643,5 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatında 802,1 manat, maliyyə və sığortada 1337,7 manat, daşınmaz əmlakla əlaqədar əməliyyatlarda 1295,2 manat, dövlət idarəetməsi və müdafiə; sosial təminatda 973,8 manat, təhsildə 628,5 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində 652,1 manat təşkil etmişdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
4 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























