Leobank və Unicapital sizə xarici şirkətlərin səhmdarı olmaq imkanı yaratdı
(®️) “Unibank”ın "Leobank" mobil bankçılıq xidməti və ölkənin innovativ investiya şirkəti olan “Unicapital İnvestisiya Şirkəti” ASC-nin birgə tərəfdaşlığı nəticəsində, Azərbaycanda ilk dəfə yerli mobil bankçılıq tətbiqi üzərindən investisiya xidmətləri istifadəyə verilib.
Yeni xidmət investisiya şirkətinin ofisinə gəlmədən, investisiya hesabının açılması prosesinin sadələşdirilməsini əhatə edir.
“Leobank” mobil tətbiqinin istifadəçiləri “İnvestisiyalar” bölməsi vasitəsilə qlobal maliyyə bazarlarına çıxaraq, xarici şirkətlərin səhmdarı olmaq imkanını əldə ediblər.
Beləliklə, yüzlərlə maliyyə alətlərinə yatırım edib, nüfuzlu şirkətlərin pay sahibi ola, səhm, investisiya fondları, kriptovalyuta (CFD) kimi maliyyə aləti ilə ticarət etmək, artıq “Leobank” mobil tətbiqi üzərindən investisiya hesabı açmış “Unicapital” müştəriləri üçün əlçatan olub.
Bu yenilik yerli maliyyə bazarlarının inteqrasiyası və əlçatanlığının yüksəldilməsinə xidmət etməklə, Azərbaycanda investisiya xidmətlərinin təşkili və göstərilməsi üçün yeni mərhələ yaratmış olur.
Mobil tətbiq istifadəçiləri investisiya bölməsinin aşağıdakı imkanlarından yararlana biləcək:
-Rahat və geniş funksionallıq
-Bir kliklə nüfuzlu qlobal şirkətlərin səhmdarı olmaq imkanı
-Təcrübəli və etibarlı tərəfdaş olan “Unicapital İnvestisiya Şirkəti” ASC-nin dəstəyi
Xatırladaq ki, Nizamnamə kapitalı 100%-lik “Unibank KB” ASC-yə məxsus olan “Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildən qiymətli kağızların yerləşdirilməsi və investisiya, həmçinin törəmə maliyyə alətləri üzrə xidmətlər təqdim edir. Şirkət ötən ildə Azərbaycanın ilk yerli investisiya platforması olan “UTrader” platformasını istifadəyə verib.
Mövcud müştərilər tərəfindən yüksək marağa səbəb olan yeni xidmət artıq aktiv istifadə olunur və çox sayda müsbət rəy əldə edib.
Yuxarıda qeyd olunan bölmə “Leobank”ın 28 aprel 2022-ci il tarixindən sonra qeydiyyatdan keçmiş və “Unicapital İnvestisiya Şirkəti” ASC investisiya müqaviləsini imzalamış müştəriləri üçün aktivdir.
Xidmətə hələ də qoşulmamış “Leobank” istifadəçiləri isə iş saatları çərçivəsində istənilən vaxt “Unibank”ın filiallarına yaxınlaşaraq, müvafiq sənədləri imzalayıb, yeni xidmətə qoşula bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 11 d. əvvəl
-
- 31 d. əvvəl
- 34 d. əvvəl
-
39 d. əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
1 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
1 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 1 saat əvvəl
-
1 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Ən çox oxunanlar
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib





















