Yapı Kredi-nin 2022-ci il mənfəəti proqnozu üstələyib
Türkiyə bankı Yapı Kredi 2022-ci ildə 52,74 milyard TL mənfəət açıqlayıb. Bazar proqnozu bankın 51,65 milyard TL mənfəət əldə edəcəyini nəzərdə tuturdu.
Azərbaycanda da törəmə bankı olan Türkiyənin iri kredit təşkilatı Yapı Kredi bazar gözləntilərini üstələyən 2022-ci il üzrə maliyyə nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, bank 2022-ci ildə 52,74 milyard TL (türk lirəsi) mənfəət əldə edib. 2021-ci ildə bankın mənfəəti 10,49 milyard TL olmuşdu. 2022-ci il üçün bazarın proqnozu 51,65 milyard lirə idi.
2022-ci ildə bankın xalis faiz gəlirləri 76,95 milyard lirə olaraq qeydə alınıb. 2021-ci ildə bank 22,7 milyard TL faiz gəlirləri əldə etmişdi. Xalis komissiya gəlirləri 2021-ci ilə nisbətən 93% artaraq 14,13 milyard lirəyə yüksəlib.
Bankın kredit portfelinin həcmi 2021-ci ilin sonu ilə müqayisədə 50% artaraq 584 milyard lirəyə, Bankın aktivlərinin həcmi (bankın böyüklüyü) isə 52% artaraq 1,2 trilyon lirəyə çatıb. Ümumi müştəri əmanətinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 68% artaraq 695 milyard lirəyə çatıb. Kapitalın gəlirliliyi isə 57% olub.
Maliyyə nəticələrini qiymətləndirən Yapı Kredinin sədri Gökhan Erün belə bir qiymətləndirmə edib: “Sadəcə sosial və ekoloji baxımdan deyil, maliyyə baxımından da davamlılığın əhəmiyyətinə inanan bir bank olaraq bütün imkanlarımızla milli iqtisadiyyata dəstək olduq. Bu istiqamətdə 2022-ci ildə ciddi uğur qazandıq. Türk lirəsi kreditlərində bazar payımız özəl banklar arasında 17% oldu. Türk lirəsi ilə müştərilərin əmanətlərindəki payımız özəl banklar arasında 16,2% təşkil edib”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 24 d. əvvəl
-
32 d. əvvəl
AYİB: ABŞ tarifləri Azərbaycanda ən çox alüminium ixracına təsir edib
-
- 34 d. əvvəl
-
41 d. əvvəl
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi qismən İT sistemlərini “Hökumət buludu”na köçürüb
-
1 saat əvvəl
Avropa Bankı Azərbaycan iqtisadiyyatı barədə proqnozunu dəyişdi - İQTİSADİ ARTIM YAVAŞLAYACAQ
-
1 saat əvvəl
Bakı metrosunun Müşahidə Şurasının üzvlərinin sayı artırılıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin avtomobil istehsalçısı Chery birjaya daxil oldu - SƏHMLƏRİ AÇILIŞDA BAHALAŞDI
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru ilə görüş olub
Son Xəbərlər

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycan neftinin son qiyməti 72 dolları keçib

Bakı metrosunun Müşahidə Şurasının üzvlərinin sayı artırılıb

Çinin avtomobil istehsalçısı Chery birjaya daxil oldu - SƏHMLƏRİ AÇILIŞDA BAHALAŞDI

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi
Ən çox oxunanlar

Tramp: "Necə gedir işlər? Yaxşıdır? Atışma yoxdur?"

“Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru ilə görüş olub

“Ares Management” qlobal investisiya şirkətinin həmtəsisçisi və baş icraçı direktoru ilə görüş olub
