Ən yuxarı (mobil)-2_30

Pfizer-in 2022-ci ildə xalis mənfəəti 1,4 dəfə artıb

2022-ci ildə Pfizer şirkətinin xalis mənfəəti 1,4 dəfə artaraq 31 milyard 372 milyon dollar təşkile dib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Pfizer-in 2022-ci ildə xalis mənfəəti 1,4 dəfə artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əczaçılıq şirkəti Pfizer-in xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 1,4 dəfə artaraq 31 milyard 372 milyon dollar təşkil edib.

Marja xəbər verir ki, bu barədə Amerika korporasiyasının maliyyə hesabatlarında bildirilir.

Reklam_3_11

İl ərzində səhm üzrə mənfəət bir il əvvəlki 3,85 dollardan 5,47 dollara yüksəlib.

2022-ci ildə Pfizer-in gəlirləri 23% artaraq 100 milyard 330 milyon dollar təşkil edib.

Dördüncü rübün nəticələrinə görə, şirkət 4 milyard 995 milyon dollar xalis mənfəət əldə edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 1,5 dəfə çoxdur.  Pfizer-in rüblük gəlirləri isə 2% artaraq 24 milyard 290 milyon dollara çatıb. Analitiklər 24 milyard 610 milyon dollar rəqəm gözləyirdilər.

Cari ilin yekunlarına görə, şirkət 67-71 milyard dollar məbləğində gəlir əldə etməyi planlaşdırır. İlkin ticarətdə Pfizer səhmləri 3% ucuzlaşıb.

Pfizer Inc. 1849-cu ildə ABŞ-da təsis edilib və hazırda əczaçılıq sənayesində dünya liderlərindən biridir. Şirkətin baş ofisi Nyu Yorkda yerləşir,  əsas tədqiqat və inkişaf mərkəzi Konnektikut ştatının Qroton şəhərində yerləşir.

Pfizer mənfəət
01.02.2023 09:51

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18