McDonald's-ın 2022-ci ildə xalis mənfəəti 18 faiz azalıb
McDonald's-ın 2022-ci maliyyə ilində xalis gəliri 18 faiz azalaraq 6,18 milyard dollar olub.
"Fast food" restoranları şəbəkəsi olan McDonald's-ın xalis mənfəəti ötən il 2021-ci illə müqayisədə 18% azalaraq 6 milyard 177 milyon dollar olub. Şirkət 2021-ci ildə 7 milyard 545 milyon dollar xalis mənfəət əldə etmişdi.
Marja.az xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatlarından məlum olur.
Hesabat dövründə adi səhm üzrə mənfəət bir il əvvəlki 10,04 dollardan 8,33 dollara qədər azalıb.
Şəbəkənin əməliyyat mənfəəti 10% azalaraq 9 milyard 371 milyon dollar təşkil edib.
McDonald's-ın ötən il ərzində cəmi gəlirləri (satış) 2021-ci illə müqayisədə 1%-dən az azalaraq 23 milyard 182 milyon dollar təşkil edib.
Dördüncü rübün (oktyabr-dekabr) nəticələrinə görə, McDonald's-ın xalis mənfəəti illik müqayisədə 16% artaraq 1 milyard 903 milyon dollar təşkil edib. Şirkətin gəliri isə 1% azalaraq 5 milyard 926 milyon dollara düşüb.
McDonald's 1940-cı ildə Dick və Mac McDonald qardaşları tərəfindən təsis edilmişdir. İlk restoran San Bernardinoda (Kaliforniya, ABŞ) açılıb. 1948-ci ildə şirkət dünyada ilk dəfə "fast food" konsepsiyasının prinsiplərini formalaşdırıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 15 d. əvvəl
- 21 d. əvvəl
-
-
23 d. əvvəl
“Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru ilə görüş olub
-
26 d. əvvəl
“Ares Management” qlobal investisiya şirkətinin həmtəsisçisi və baş icraçı direktoru ilə görüş olub
-
27 d. əvvəl
"Franklin Templeton” şirkətinin baş icraçı direktoru və prezidenti ilə görüş olub
- 34 d. əvvəl
-
34 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda "MAN" elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq
-
15 saat əvvəl
Əlaçılar və onların müəllimləri Azərbaycan şirkətindən hədiyyələr qazanacaqlar
- 16 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Tramp: "Necə gedir işlər? Yaxşıdır? Atışma yoxdur?"

Rəsmi məzənnələr açıqlandı

Antiinhisar Agentliyi: Aeroportda taksi xidmətinin təşkili ilə bağlı aidiyyəti qurumlarla görüşlər keçirilib
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Halal Biznes Forumu keçiriləcək - TARİX

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
