500 manatdan az məbləğdə çəkilmiş təmir xərcləri gəlirdən çıxılacaq
İcarəyə götürülmüş əsas vəsaitlər üzrə 500 manatdan az məbləğdə çəkilmiş təmir xərcləri gəlirdən çıxılacaqİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2023-cü il üçün Vergi Məcəlləsində dəyişikliklərin bəzi əsas istiqamətləri və onların əsaslandırılmasını hissə-hissə ictimaiyyətin diqqətinə təqdim edir. Bu gün icarəyə götürülmüş obyektlərdə təmir xərcləri ilə bağlı edilmiş dəyişikliklərin şərhini Dövlət Vergi Xidmətinin əməkdaşı Azər Mustafayev təqdim edir:
- Vergi Məcəlləsində edilmiş son dəyişikliklərdən biri də icarəyə götürülmüş əsas vəsaitlər üzrə çəkilmiş təmir xərclərinin ilin sonuna kapitallaşdırılmış məbləği 500 manatdan az olduğu təqdirdə, həmin məbləğlərin birbaşa olaraq gəlirdən çıxılan xərclərə aid edilməsi ilə bağlıdır.
Məlum olduğu kimi, 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclərin kapitallaşdırılaraq amortizasiya ayırmaları şəklində gəlirdən çıxılması nəzərdə tutulur. Vergi Məcəlləsinə əsasən, ilin sonuna əsas vəsaitin qalıq dəyəri 500 manatdan az olduqda, qalıq dəyərinin məbləği birbaşa gəlirdən çıxılır.
Qeyd edilən hal nəzərə alınaraq, əsas vəsaitlərlə bağlı analoji yanaşmanın təmir xərclərinə də aid edilməsi qərara alınıb. Belə ki, dəyişikliklərə əsasən, icarəyə götürülmüş əsas vəsaitlər üzrə ilin sonuna kapitallaşdırılmış təmir xərcinin məbləği 500 manatdan az olduqda, həmin məbləğ birbaşa olaraq gəlirdən çıxılan xərclərə aid ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
11 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)






.jpg)

