Rusiya bankının Azərbaycandakı törəməsi artımlar nümayiş etdirib
Rusiyanın iri bankının Azərbaycandakı törəməsi "VTB Azərbaycan" ASC 2022-ci ili 11 milyon 904 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ili 4 milyon 213 min manat xalis mənfəət ilə bağlamışdı. "VTB Azərbaycan"ın xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 7 milyon 691 min manat və ya 2,8 dəfə artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından və ehtiyatdan daha çox vəsaitin azad olmasından qaynaqlanır.
Marja.az xəbər verir ki, 2022-ci ildə "VTB Azərbaycan"ın əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 39 milyon 230 min manat, əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 36 milyon 469 min manat, əməliyyat mənfəəti 1 milyon 916 min manat təşkil edib. Eyni zamanda, mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatdan azad olmuş 12 milyon 272 min manatın hesabına mənfəət 14 milyon 188 min manata yüksəlib. Ötən il "VTB Azərbaycan" 2 milyon 284 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə "VTB Azərbaycan"ın cəmi əməliyyat gəlirləri 24 milyon 912 min manat, əməliyyat xərcləri 28 milyon 366 min manat, əməliyyat zərəri 4 milyon 291 min manat təşkil etmişdi. Mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatdan azad olmuş 8 milyon 504 min manatın hesabına zərər bağlanmışdı.
2021-ci illə müqayisədə 2022-ci ildə "VTB Azərbaycan"ın faiz gəlirləri 7 milyon 227 min manat artaraq 24 milyon 918 min manata, qeyri-faiz gəlirləri isə 7 milyon 91 min manat artaraq 14 milyon 312 min manat təşkil edib. Bankın cəmi əməliyyat gəlirlərinin 14 milyon 318 min manat artmasına qarşılıq cəmi əməliyyat xərcləri 8 milyon 103 min manat artıb.
31 dekabr 2022-ci il tarixində "VTB Azərbaycan" 238 milyon 493 min manat cəmi aktivlərə malik olub ki, bu da 2021-ci ilin sonu ilə müqayisədə 6 milyon 166 min manat və ya 2,6% çoxdur. Bank 2021-ci ilin sonunda 232 milyon 327 min manat cəmi aktivlərə malik idi.
31 dekabr 2022-ci il tarixində "VTB Azərbaycan" 159 milyon 775 min manat kredit portfelinə malik olub ki, bu da 2021-ci ilin sonu ilə müqayisədə 5 milyon 311 min manat və ya 3,2% çoxdur. Bank 2021-ci ilin sonunda 165 milyon 86 min manat kredit portfelinə malik idi. Bankın istehlak kreditləri portfeli 14 milyon 300 min manat artaraq 70 milyon 433 min manata, ipoteka kreditləri portfeli 8 milyon 774 min manat artaraq 39 milyon 156 min manata çatıb. Biznes kreditləri portfeli isə 28 milyon 385 min manat azalaraq 50 milyon 186 min manata düşüb.
31 dekabr 2022-ci il tarixində "VTB Azərbaycan"ı 94 milyon 851 min manat cəmi depozitləri malik olub ki, bu da 2021-ci ilin sonu ilə müqayisədə 6 milyon 71 min manat və ya 6,8 % çoxdur. Bank 2021-ci ilin sonunda 88 milyon 780 min manat cəmi depozitlərə malik idi. Ötən il fiziki şəxslərin depozitləri 9 milyon 920 min manat aratarq 63 milyon 793 min manata yüksəlib, hüquqi şəxslərin depozitləri isə 3 milyon 849 min manat azalaraq 31 milyon 58 min manata düşüb.
31 dekabr 2022-ci il tarixində "VTB Azərbaycan" 73 milyon 594 min manat məcmu kapitala malik olub. Bank 2021-ci ilin sonunda 63 milyon 180 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
10 saat əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
-
1 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
1 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
1 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
Kriptovalyuta ticarəti kursu
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq






















