“Azersky” peykinin təsvirləri vasitəsilə ölkədəki su təsərrüfatı sahələrinin monitorinqi aparılır
Azərkosmosla Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində “Azersky” peykindən əldə olunan təsvirlərlə su təsərrüfatı sahələrinin monitorinqi aparılır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, ilkin mərhələdə uzunluğu 34 kilometrdən çox olan Vəlvələçay-Taxtakörpü su kanalı monitorinq edilib. Proses zamanı müxtəlif dövrlərə aid peyk təsvirlərindən istifadə olunub.
Peyk təsvirləri vasitəsilə kanal üzərindəki hidrotexniki qurğuların vəziyyəti qiymətləndirilib. Kanalın ətraf ərazilərində təbii və antropogen amillərin təsiri nəticəsində baş verə biləcək dəyişikliklər analiz olunub, uyğun sxematik planlar hazırlanıb.
Qeyd edək ki, “Azersky” peyki vasitəsilə ölkə ərazisində su resursları davamlı olaraq izlənilir.
Peyk təsvirlərinin monitorinq nəticələri əsasında su anbarlarının həcminin müəyyən olunması, iqlim dəyişmələrinin göl və çayların su balansına təsiri, su təminatının yaxşılaşdırılması, kənd təsərrüfatı sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi istiqamətində mühüm layihələr həyata keçirilir.
Azərkosmos həmçinin işğaldan azad olunmuş ərazilərin su ehtiyatlarının səmərəli istifadəsi üçün bölgədəki su anbarları, dağ gölləri və çayları peyk təsvirləri ilə monitorinq edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
56 d. əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
57 d. əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
























