Ötən il mehmanxanalar 84,3 faiz istifadəsiz qalıb
2022-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə cəmi15,7 faiz səviyyəsində olmuşdur (2021-ci ildə 11,1 faiz).Dövlət Statistika Komitəsi 2022-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin fəaliyyəti haqqında məlumatları açıqlayıb.
2022-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2021-ci illə müqayisədə 1,5 dəfə artaraq 2647,1 min olmuşdur. Gecələmələrin 55,1 faizi Bakıda, 6,5 faizi Qəbələdə, 5,8 faizi Qubada, 4,9 faizi Xaçmazda, 4,1 faizi Qusarda, 3,8 faizi Şabranda, 3,6 faizi Lənkəranda, 3,2 faizi Naftalanda, 2,3 faizi Naxçıvan Muxtar Respublikasında, 1,1 faizi İsmayıllıda, 1,0 faizi Şamaxıda, 0,8 faizi Qaxda, 0,8 faizi Gəncədə, 0,7 faizi Şuşada, 0,7 faizi Masallıda və 5,6 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınmışdır.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2021-ci illə müqayisədə 3,4 dəfə artaraq 1394,1 min olmuşdur ki, bu da ümumi gecələmələrin 52,7 faizini təşkil edir. Gecələmələrin 16,5 faizi Səudiyyə Ərəbistanı, 12,6 faizi Rusiya Federasiyası, 10,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 8,6 faizi Türkiyə, 5,2 faizi Hindistan, 3,9 faizi Küveyt, 3,9 faizi İsrail, 3,4 faizi ABŞ, 3,0 faizi Böyük Britaniya, 2,5 faizi Pakistan, 1,7 faizi Qazaxıstan, 1,5 faizi Almaniya, 1,3 faizi Özbəkistan, 1,3 faizi Qətər, 1,2 faizi Gürcüstan,1,1 faizi İtaliya, 0,9 faizi İran, 0,8 faizi Oman, 0,7 faizi Çin, 0,6 faizi Ukrayna, 0,6 faizi Niderland, 18,2 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 79,6 faizi Bakıda, 7,2 faizi Qəbələdə, 4,0 faizi Qubada, 3,4 faizi Qusarda, 2,6 faizi Naftalanda, 0,7 faizi Şabranda, 0,6 faizi Naxçıvan Muxtar Respublikasında, 1,9 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.
Azərbaycan Respublikası vətəndaşlarının keçirdiyi gecələmələrin sayı 1 milyon 253,0 min olmuşdur ki, bu da ümumi gecələmələrin 47,3 faizini təşkil edir.
2022-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2021-ci illə müqayisədə 1,7 dəfə artaraq 355,3 milyon manat olmuşdur ki, onun da 59,6 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,4 faizi ictimai iaşə xidmətlərindən, 3,0 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9,0 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
2022-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 15,7 faiz səviyyəsində olmuşdur (2021-ci ildə 11,1 faiz). Bu göstərici Şabranda 80,1 faiz, Naftalanda 37,6 faiz, Qubada 27,8 faiz, Beyləqanda 26,2 faiz, Lənkəranda 24,1 faiz, Bakıda 23,8 faiz, Ağcabədidə 20,0 faiz, Qəbələdə 19,7 faiz, Şuşada 16,7 faiz, Sabirabadda 16,2 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 d. əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
-
- 22 d. əvvəl
-
27 d. əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
33 d. əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
-
1 saat əvvəl
Əməkdaşlığın inkişafı üçün Azərbaycan-Niderland Ticarət Palatası təsis edilib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Xırdalanda 2700-dən çox mənzilli kompleksdə mühüm yenilik - RƏSMİ SƏNƏD İMZALANIB
-
3 saat əvvəl
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
Köhnə Bakı həyətlərindən gələcəyin yaşayış modelinə
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib
“AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib
























