Azərbaycanda amonium sulfat gübrəsinin istehsalı planlaşdırılır
Azərbaycanda amonium sulfat gübrəsinin istehsalı planlaşdırılır
Sumqayıt Kimya Sənaye Parkının rezidenti - "Azərsulfat" MMC amonium sulfat gübrəsinin istehsalını planlaşdırır.
Bunu jurnalistlərə açıqlamasında şirkətin direktoru Emin Quliyev bildirib.
"Zavodumuz 100 %-lik istehsal gücünə çatdıqdan sonra onun böyüdülməsi, gücünün bir qədər də artırılması, sulfat turşusundan başqa digər məhsulların istehsalı , o cümlədən amonium sulfat gübrəsinin istehsalı planlaşdırılır. Azərbaycana hər il 3-4 min ton amonium sulfat gübrəsi gətirilir. Hazırda dünya bazarında bu gübrənin qiyməti çox artıb", - deyə o qeyd edib.
Bundan başqa, E.Quliyevin sözlərinə görə, sulfat turşusunun istehsalı üçün lazım olan kükürd ölkəyə xaricdən gətirilir və xaricdəki bahalaşma yerli məhsulun maya dəyərinə də təsir göstərir: "Bununla belə, əvvəllər ölkəyə idxal edilən sulfat turşusu ilə müqayisədə yerli istehsal ucuz başa gəlir. Dövlət Neft Şirkətində (SOCAR) modernizasiya işləri bitəndən sonra kükürd yerli istehsal hesabına əldə ediləcək və bu, qiymətə təsir edəcək. Sulfat turşusundan qızıl mədənlərində, SOCAR-ın korbamid zavodunda, tekstil müəssisələrində istifadə edilir".
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
1 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
3 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























