Bank sektoru üzrə son rəqəmlər açıqlandı - XALİS MƏNFƏƏT 50% ARTIB
31 dekabr 2022-ci il tarixində fəaliyyətdə olan bankların cəmi aktivləri 47 milyard 54.9 milyon manat, cəmi öhdəlikləri 41 milyard 432.8 milyon manat, balans kapitalı 5 milyard 622.1 milyon manat olmuşdur.
Marja.az Mərkəzi Bankın yaydığı Statistik Bületeninə istinadən xəbər verir ki, 2022-ci ilin dekabr ayında bankların cəmi aktivləri 3.4%, cəmi öhdəlikləri 3.7% və balans kapitalı isə 1.9% artmışdır.
2022-ci ildə isə bank sektorunun cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı üzrə artım müvafiq olaraq 22.3%, 23.7% və 13.1% olmuşdur.
Dekabr ayında bankların kredit portfelinin dinamikasında əhəmiyyətli dəyişiklik olmamışdır. Bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 55.4% (10 milyard 855.1 milyon manat) təşkil etmişdir.
Ümumilikdə, 2022-ci ildə bankların kredit portfeli 17.6% və ya 2 milyard 935.2 milyon manat artmışdır.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı ilin əvvəlinə nəzərən 1.3 faiz bəndi azalaraq 2.9% təşkil etmişdir.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 81.5%-i və ya 33 milyard 762.6 milyon manat). Depozit portfeli dekabr ayında 2.7% (901.7 milyon manat) artmışdır.
Depozit portfelinin 66%-ni hüquqi şəxslərin depozitləri, 34%-ni fiziki şəxslərin depozitləri (əmanət portfeli) təşkil edir.
Hesabat ayında bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) 1.3% (143.1 milyon manat) artaraq 11 milyard 483 milyon manat təşkil etmişdir. Əmanət portfelinin 54%-i (6 milyard 204.1 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 19 milyard 701.8 milyon manat olmaqla (ay ərzində artım 3.4% və ya 650.8 milyon manat), hüquqi şəxslərin cəmi depozit portfelinin (22 milyard 279.6 milyon manat) 88.4%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması dekabr ayında ilin əvvəlinə nəzərən 1.8 faiz bəndi azalaraq 39.2% təşkil etmişdir.
2022-ci ildə banklar 914.5 milyon manat xalis mənfəət, 1, milyard 71.4 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər.
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 50% və 45% artmışdır. Banklar tərəfindən ümumilikdə 2022-ci il ərzində 261.5 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.
31 dekabr 2022-ci il tarixinə fəaliyyət göstərən 25 bankın filiallarının sayı 487, şöbələrinin sayı 91, ATM-lərin sayı 2997 olmuşdur.
Hesabat ayında bank sektorunda çalışanların sayı 1% və ya 226 nəfər artaraq 22777 nəfər təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
10 saat əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
-
1 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
1 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
1 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
Kriptovalyuta ticarəti kursu
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq





















