Samsung Nokia ilə yeni 5G patent müqaviləsi imzaladı
Samsung, 5G patentlərindən istifadə etməyə davam etmək üçün Nokia ilə yeni müqavilə imzalayıb.Cənubi Koreyanın “Samsung” şirkəti Finlandiyanın telekommunikasiya avadanlığı istehsalçısı “Nokia” ilə, 5G və digər texnologiyalar sahəsində patentlərdən istifadəyə dair razılığa gəlib, müqavilənin dəyəri açıqlanmayıb.
Marja xəbər verir ki, müqavilənin bir neçə il müddətinə qüvvədə olacağı qeyd edilib.
Samsung-un Finlandiya şirkəti ilə ilk 5G müqaviləsi ötən ilin sonunda başa çatıb.
"Nokia-nın 5G və digər texnologiyalarda fundamental ixtiralarını əhatə edən müqaviləyə əsasən, Samsung 2023-cü il yanvarın 1-dən etibarən bir neçə il ərzində Nokia-ya ödənişlər edəcək. Müqavilənin şərtləri tərəflər arasında məxfi olaraq qalır", - deyə məlumatda bildirilir.
Nokia-nın patent portfeli şirkətin 2000-ci ildən bəri yatırdığı 130 milyard avrodan çox tədqiqat və inkişaf investisiyalarına əsaslanır. Finlandiya mətbuatı qeyd edir ki, Çinin mobil telefon istehsalçıları Oppo, One Plus, Realme və Vivo Nokia ilə lisenziya müqavilələrini yeniləməyiblər və şirkət onları məhkəməyə verib.
Nokia-nın yanvarın 26-da rüblük maliyyə hesabatını açıqlayacağı gözlənilir.
Nokia Corporation mobil, stasionar, genişzolaqlı və İP şəbəkələri üçün telekommunikasiya avadanlığı şirkətidir. Qərargahı Finlandiyanın Espoo şəhərində yerləşir. 2021-ci ildə əməliyyat mənfəəti 2,158 milyard avro olub. Şirkət dünyanın təxminən 130 ölkəsində fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)








