Dolların 1-ci rübdə bahalaşacağı, sonra ucuzlaşacağı gözlənilir
Ötən cümə günü açıqlanmış ABŞ-da məşğulluq məlumatları (əməkhaqqı artımı yavaşlayıb) dollara təzyiqi artırıb. Marja xəbər verir ki,"Bank of America" və "BNP Paribas"ın strateqlərinin fikrincə, 2023-cü ilin 1-ci rübündə dollar avroya nisbətdə bir qədər bahalaşacaq, ilin qalan hissəsində isə ucuzlaşacaqdır.
"Biz Avro/Dolar məzənnəsinin birinci rübdə paritetə düşəcəyini və sonra yenidən yüksələcəyini gözləyirik”,- BofA-nın strateqi Athanasios Vamvakidis deyib.
Strateqin fikrincə, tənəzzül ehtinalları və hələ də yüksək olan inflyasiya mərkəzi bankların pul siyasətini sərt saxlamağa davam etməsinə səbəb ola bilər ki, bu da investorların risk iştahını aşağı sala və ilk növbədə dolları dəstəkləyə bilər. Bununla belə, Vamvakidis ilin sonuna qədər dollara dair pessimist olduğunu qeyd edərək, ilin sonunadək avro/dolların 1.10-a yüksələcəyini proqnozlaşdırıb. (hazırda avro/dollar məzənnəsi 1.07 səviyyələrindədir).
BNP Paribas bir neçə illik eniş trendini proqnozlaşdırır
Bloomberg Dollar İndeksi ABŞ-da açıqlanan və qısamüddətli istiqraz gəlirlərini aşağı salan məşğulluq və xidmət məlumatları nəticəsində cümə və bazar ertəsi cəmi 1,64% azalıb.
Avro/dollar sonuncu dəfə noyabrda 1 səviyyəsinə yaxınlaşıb və daha sonra dolların ümumi zəifləməsi ilə bərpa olunub.
Bloomberg Dollar İndeksi sentyabrdakı rekord səviyyədən təxminən 9 faiz aşağı düşüb.
Bazar ertəsi günü 2023-cü il proqnoz hesabatını açıqlayan BNP Paribas-ın iqtisadçıları da eyni şəkildə dolların yaxın müddətdə bahalaşacağını, lakin bunun qısamüddətli olacağını və dolların bir neçə il ərzində ucuzlaşma trendinə daxil olacağını proqnozlaşdırıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)







