970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

Enerji menecmenti sistemləri üzrə dövlət standartı qəbul edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Enerji menecmenti sistemləri üzrə dövlət standartı qəbul edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS ISO/IEC 50001:2022 “Enerji menecment sistemləri - Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” dövlət standartı qəbul edilib.

Dövlət Xidmətinin yaydığı məlumatda bildirilir ki, standartın qəbulu ölkədə enerjidən  istifadənin səmərəliliyinin  yüksəldilməsi, enerji menecmenti sahəsinə dair tələblərin qabaqcıl beynəlxalq təcrübəyə uyğun formalaşdırılması, enerjidən səmərəsiz istifadənin qarşısının alınması, eləcə də bərpa olunan enerji növlərinin tətbiqi imkanlarının genişləndirilməsi məqsədi daşıyır. 

Reklam_3_11

"Yeni standartın tətbiqi enerji effektivliyini artırmaq üçün zəruri olan sistemlər və proseslərin tətbiqinə imkan yaratmaqla, istehlakçılara və təşkilatlara maliyyə vəsaitlərinə və enerji resurslarına qənaət etməyə kömək edəcək",- məlumatda deyilir. 

 

09.01.2023 16:04

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18