53 milyard manatlıq SOCAR 350 milyon manat qazanıb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ötən il cəmi kapitalı 3 milyard 56 milyon manat yaxud 20,86% artaraq 17 milyard 704 milyon manata çatıb.
Şirkətin audit hesabatına görə, SOCAR-ın aktivlərində də artım müşahidə edilib.
Belə ki, 2016-cı ildə şirkətin aktivləri 13 milyard 53 milyon manat yaxud 32,67% arataraq 53 milyard 7 milyon manata çatıb.
350 MİLYON MANAT MƏNFƏƏT
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ildəki 1 milyard 785 milyon manat zərərə qarşı ötən ili 350 milyon manat xalis mənfəətlə başa vurub.
Ötən il şirkətin gəlirləri 2015-ci ilə nisbətən 57% artaraq 51 milyard 905 milyon manata çatıb. Satışların maya dəyəri isə 59% artıb və 47 milyard 387 milyon manat olub. Beləliklə, ötən il SOCAR-ın ümumi mənfəəti 39% artaraq 4 milyard 518 milyon manat təşkil edib.
Şirkətin əməliyyat fəaliyyətindən mənfəəti 47% artaraq 1 milyard 896 milyon manat olub.
© Report
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 2 saat sonra
-
39 d. əvvəl
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
- 53 d. əvvəl
-
1 saat əvvəl
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Faktorinq şirkəti 14%-lə borca pul axtarır
Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,6% artıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Məlumatları yerli “bulud”da saxla! – Xərclərə qənaət et!
Si Cinpin: "ABŞ və Çin rəqib deyil, tərəfdaş olmalıdır"
Rəsmi məzənnələr açıqlandı
Trampın FED sədri vəzifəsinə namizədi Senat tərəfindən təsdiqlənib - Kevin Uorş dövrü başlayır






.jpg)









.jpg)





