“Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində tullantıların yığılması, daşınması, yerləşdirilməsi, zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulması, idarə edilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırmanın hazırlanması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, müvafiq qərarlar verilib.“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilin yekunlarına həsr olunmuş 10-cu iclası keçirilib.
Azərbaycan İnvestisiya Holdinqinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin yaydığı məlumatda bildirilir ki, Müşahidə Şurasının sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri və əməkdaşları, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri iştirak edib.
İclasda Cəmiyyətin 2022-ci il üzrə fəaliyyətinin yekunu ilə bağlı hesabatı dinlənilib, eyni zamanda “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”nın icrası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində tullantıların yığılması, daşınması, yerləşdirilməsi, zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulması, idarə edilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırmanın hazırlanması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, müvafiq qərarlar verilib.
Qeyd edək ki, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 sentyabr tarixli Sərəncamına əsasən yenidən formalaşdırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)






