Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzil verildi
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzil təqdim edilib.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını vurğulayıb.
O, tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişinə əsasən şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan genişmiqyaslı sosial dəstək proqramından bəhs edib.
Qeyd olunub ki, proqram çərçivəsində Nazirlik tərəfindən şəhidlərimizin ailə üzvləri, müharibə iştirakçılarından ibarət artıq 121 min şəxsə sosial dəstək yönümlü 260 min xidmət göstərilib.
Sosial dəstək proqramının mühüm istiqamətlərindən biri kimi, postmüharibə dövründə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4300 mənzil və fərdi ev verilib. Ümumilikdə ötən dövrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 13100 mənzil və fərdi ev təqdim edilib.
Mənzillərlə təmin edilən vətəndaşlar dövlət tərəfindən daim dəstəklə əhatə olunduqlarını bildirib, müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 3 saat əvvəl
-
4 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
5 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti



















.jpg)





.jpg)
