"Torpaq sahəsi restoran üçün nəzərdə tutulsaydı, tikintiyə o dəqiqə icazə verilərdi, uşaqlar üçün yer ayrılıb, amma tikintiyə icazə verilmir"
“Azərbaycanda Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyi var, 1000-dən yuxarı autizim xəstəsi burada qeydiyyatdadır”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.
Yerli icra hakimiyyətlərində genderə məsul şəxsin sosial məsələlər üzrə müavinlər olması təklif edilib
Deputat bildirib ki, Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi bütün orqanlara müraciət edib:
“43 autizm xəstəsinin valideyni mənə 500 adamın adından müraciət edib. Azərbaycanda ümumilikdə 5000 autizm xəstəsi var. Bu xəstələrə baxılmalı, onlar cəmiyyətə qayıtmalıdır. Yeni Günəşlidə ayrılan torpaq sahəsi restoran üçün nəzərdə tutulsaydı, tikintiyə o dəqiqə icazə verilərdi, bu uşaqlar üçün yer ayrılıb, amma tikintiyə icazə verilmir. Bu uşaqlar evdə kəndirə bağlanıb saxlanılır, onlar mənim gözümün qabağından getmir. Analar hayqırır, göz yaşı tökürlər. Parlament rəhbərliyindən xahiş edirəm ki, bu məsələnin üstündə dursun. Tikintiyə niyə icazə verilmir? Mən qoca vaxtımda yalvarıram, bu adamlara yazığınız gəlsin”.
Sədr Sahibə Qafarova deputatın çıxışına reaksiya verib: “Bütün sənədləri yığmısınız, sənədlərlə müraciət edin”.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
36 d. əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
-
1 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
22 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Ən çox oxunanlar
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb






.jpg)
.jpg)






.jpg)



.jpg)






