“Pirəsora” qoyun cinsinin patentinin təqdimatı keçirilib
Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda "Qoyunçuluqda yeni mərhələ" adlı elmi-praktiki seminar keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Kənd Təsərrüfatı Nazirliyinin “Heyvandarlığın təşkili və monitorinqi” şöbəsinin müdiri Eldar Həsənov, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, aidiyyəti qurumların nümayəndələri və fermerlər iştirak ediblər.
Seminarda qoyunçuluq sahəsində son illər əldə olunmuş nailiyyətlər, milli genefondumuzun qorunması istiqamətində görülmüş işlər barədə məlumat verilib. Bildirilib ki, heyvandarlıqda əsas prioritet istiqamətlərdən biri iribuynuzlu heyvanlarla yanaşı, xırdabuynuzlu heyvanların da cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar cinslərin seleksiya yolu ilə əldə olunması və yerli cinslərin məhsuldarlığının daha da yaxşılaşdırılmasıdır. Xüsusən, qoyunçuluğun intensiv inkişafı məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən damazlıq-seleksiya işinin müasir texnologiyalar əsasında təşkili ilə bağlı layihəə başlanılıb. Əsas məqsəd dünya heyvandarlığında səmərəli metodlar kimi qəbul edilmiş süni mayalandırma və süngərləmə üsulunu tətbiq etməklə qoyunların məhsuldarlığının və balavermə qabiliyyətinin yüksəldilməsinə nail olmaqdır. Həmçinin qeyd olunub ki, yerli qoyun cinslərindən toxum alınması və onların genbankının yaradılması da nəzərdə tutulur.
Daha sonra 1979-cu ildən aparılan seleksiya-damazlıq işləri nəticəsində yeni cinsin - "Pirəsora" cinsinin alınması, istifadə edilən cinslər, elmi əsaslarla seçmə-çarpazlaşdırma aparılması barədə təqdimat keçirilib. Pirəsora cinsinin yetişdirilməsi üzrə damazlıq reproduktor qoyunçuluq təsərrüfatının rəhbəri Pənah Hüseynov bildirib ki, yeni qoyun cinsinin yaradılması üzərində işlərə ötən əsrin 70-ci illərində Lerik rayonunun Pirəsora kəndində xalq seleksiyası yolu ilə başlanılıb. 4 cinsin mələzlərinin çarpazlaşdırılması yolu ilə alınan qoyun cinsi “Pirəsora” adlandırılıb. Yüksək yağ, yun və ətvermə qabiliyyətinə malik cins dağ və dağətəyi yerlər, həmçinin aran zonasına yaxşı adaptasiya olur. 100 anaya 130-a yaxın bala vermə potensialı var.
Seminarda qoyunçuluğun inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb. Tədbirin sonunda “Pirəsora” qoyun cinsinin seleksiya nailiyyətinin müəlliflərinə patent və müəlliflik şəhadətnamələri verilib, fermerlərin sualları cavablandırılıb və “Pirəsora” qoyun cinsinə baxış keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























