Azərbaycan şirkəti tentli yarımqoşqunun istehsalına başlayıb
Azərbaycanın “İmprotex Group” şirkəti tərəfindən ən müasir texnoloji avadanlıqlarla təchiz olunmuş “İmprotex İndustries” metal konstruksiya və üst qurğuları zavodu ilk dəfə yeni məhsul - tentli yarımqoşqunun istehsalına başlayıb.
“İmtrailer” markası altında hazırlanan yeni texnika yerli bazarla yanaşı, xarici alıcılara da təqdim olunacaq.
Tentli yarımqoşunun istehsalında yüksək keyfiyyətli materiallardan, əyləc sistemindən və oxlardan istifadə olunub ki, bu da Avropa istehsalı olan yarımqoşqularla rəqabəti təmin edə biləcək.
Azərbaycan şirkəti yeni məhsulu ilə maşınqayırma sənayesində ilkə imza ataraq, nəqliyyat vasitələrinin Dünya İstehsalçı İdentifikasiya kodunu (WMİ) alıb. WMİ Beynəlxalq Avtomobil Mühəndisləri Cəmiyyəti (SAE) tərəfindən verilir.
Bu kodun Azərbaycanda nümayəndəsi Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” (AZSTAND) publik hüquqi şəxsidir.
Ekspertlər yeni məhsulu ölkə sənayesi, yükdaşıma və nəqliyyat sektorlarının inkişafı, məşğulluğun təmin olunması baxımından önəmli hesab edirlər. Qeyd edək ki 2013-cü ildə yaradılmış “İmprotex İndustries” zavodu özüboşaldan, məişət tullantıları daşıyan və yanğınsöndürən texnikaların, o cümlədən, kənd təsərrüfatı qoşqularının, müxtəlif ölçülü çənlərin istehsalı ilə məşğuldur. Zavod yüksək keyfiyyətli metal konstruksiyaların da istehsalını həyata keçirir.
XXX
“İmprotex Group”un “İmprotex İndustries” zavodunda yeni məhsul - tentli yarımqoşqunun istehsalına başlanılıb.
Bununla bağlı keçirilmiş təqdimat tədbirində çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov yeni məhsul istehsalının ölkə sənayesi, yükdaşıma və nəqliyyat sektorlarının inkişafı, məşğulluğun təmin olunması baxımından önəmini qeyd edib.
Bildirilib ki, KOBİA yeni məhsul istehsalını və innovativ sahibkarlığın inkişafını daim dəstəkləyir. Belə ki, Agentlik malik olduğu dəstək mexanizmləri, xidmətlər və resurslar ilə hər zaman yerli sahibkarların ehtiyaclarını qarşılamağa çalışır.
Bu müəssisənin də fəaliyyətinin genişləndirilməsi və ixrac potensialının artırılması istiqamətində zəruri dəstək təmin olunacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



















.jpg)






