Yükaşırmada 43,5% artım qeydə alınıb
Cənab Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının diversifikasiyasına yönəlmiş siyasətinin tələblərinə və qəbul olunmuş “Strateji Yol Xəritəsi”nin çağırışlarına cavab verərək, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC xarici yüklərin cəlb olunması, Limanda dünya standartlarına cavab verən əməliyyatların tətbiqi üçün fəaliyyətini davam etdirib.Nəticədə 2017-cı ilin I yarım illiyində Bakı Limanında bütün istiqamətlər üzrə artım qeydə alınıb. Bu barədə QSC-dən bildirilib.
Məlumata görə, ümumi yükaşırmanın (neft məhsulları xaric) həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 43,5%-ə qədər artaraq 1 900 min ton təşkil edib. Yükaşırmanın 89%-i tranzit yükaşırmanın payına düşüb.
Ələt qəsəbəsində yerləşən Bərə Terminalında vaqon aşırılması 35,2% artaraq 21 775 ədədə çatıb. Vaqonların 10 041 (46.1%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 5 773 vaqon (26.5%) Bakı-Aktau-Bakı istiqamətində, 5 961 vaqon (27.4%) isə cari ilin mart ayında istifadəyə verilmiş Kurik limanından, başqa sözlə Bakı-Kurik-Bakı istiqamətində hərəkət edib. Hər iki istiqamətdə (Türkmənistan, Qazaxıstan) sərnişindaşıma isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 50%-ə qədər artaraq 14 478 nəfər olub.
Eyni zamanda nəzərəçarpacaq artım təkərli texnikanın xüsusən də, iri həcmli nəqliyyat vasitələrinin (TIR) aşırılmasında qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanının xidmətlərindən istifadə edən bu tipli nəqliyyat vasitələrinin sayı 53.7% artaraq 16 204 ədəd iri həcmli və digər nəqliyyat vasitəsi təşkil edib. Bunlardan 10 154 ədədi (62.7%)Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 6 050 ədədi (37.3%) Bakı-Aktau-Bakı istiqamətində hərəkət edib.
Bakı şəhərində yerləşən Əsas Yük Terminalında aşırılan yüklərin miqdarı 2017-ci ilin birinci yarım ilində keçən ilin müvafiq dövrü ilə müqayisədə 5% artaraq 290 min ton olmuşdur. Aşırılan yüklərin böyük hissəsi tranzit konteynerlərin və digər yüklərin payına düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)







