SOCAR neftin maya dəyərini açıqladı
SOCAR ölkənin iri şirkətlərindən biri olmaqla neft, qaz, neft-qaz məhsulları və neft-kimya məhsullarının istehsalını və satışını həyata keçirir.
Neft məhsullarının istehsalına çəkilən xərclərin tərkibində xam neftin hasilatına çəkilən xərclərin xüsusi çəkisini nəzərə alaraq, SOCAR-ın neftqazçıxarma idarələri üzrə neftin və təbii qazın maya dəyərinin təhlili aparılmışdır.
Marja.az SOCAR-a istinadən xəbər verir ki, 2021-ci ildə 1 ton neftin istehsal maya dəyəri 115,52 manat təşkil etmiş və keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,33 manat və ya 2,8 % azalmışdır. Şirkət üzrə neft hasilatına çəkilən faktiki xərclər aşağıdakı cədvəldə verilir
Şirkət üzrə neftin hasilatına çəkilən cəmi istehsal xərclərinin tərkibində material xərclərinin xüsusi çəkisi – 4,2%, əmək haqqı – 15,4%, sosial sığorta fonduna ayırmalar – 3,6%, amortizasiya ayırmaları – 20,1%, əsas vəsaitlərin təmiri 8,3%, əsas vəsaitlərə texniki xidmət – 4,9%, nəqliyyat xərcləri - 10,5%, mədən vergisi - 8,9%, digər vergilər 5,6% və s. təşkil edir.
2021-ci ildə 1000 m3 qazın faktiki istehsal maya dəyəri 61,23 manat təşkil etmiş və ötən il ilə müqayisədə əhəmiyyətli dərəcədə dəyişməmişdir.
Şirkət üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi – 3,7 %, əmək haqqı – 12,1%, sosial sığorta fonduna ayırmalar – 2,7%, amortizasiya ayırmaları – 20,8%, əsas vəsaitlərin təmiri – 5,8%, əsas vəsaitlərə texniki xidmət – 5,2%, nəqliyyat xərcləri – 12,1% , mədən vergisi – 18,6% və s. təşkil edir.
SOCAR üzrə qazın hasilatına çəkilən xərclərlə yanaşı, İstehsalat birliyinin digər xərcləri, qazın emalı, saxlanması, nəqli və “Azərkontrakt” ASC-dən alışına çəkilən xərclər nəzərə alınmaqla 2021-ci ildə SOCAR üzrə satılan 1000 m3 qazın faktiki xərci 121,9 manat təşkil etmişdir.
Şirkət üzrə neftin və qazın maya dəyərləri azalmışdır. Neftin maya dəyərinin azalması keçən ilə nisbətən əmək haqqı xərclərinin, əsaslı təmir və texniki xidmət xərclərinin, nəqliyyat xərclərinin, mühafizə xərclərinin, digər vergilərin və digər xərclərin azalması hesabına baş vermişdir. Belə ki, əmək haqqı xərcləri 11 milyon 380 min manat (8,3 %), əsaslı təmir və texniki xidmət xərcləri 11milyon 95 min manat (9,3 %), nəqliyyat xərcləri 42 milyon 559 min manat (33,0 %), mühafizə xərcləri 4 milyon 955 min manat (22,3%), digər vergilər 1milyon 662 min manat (3,5%) və digər xərclər 3 milyon 414 min manat (10,0 %) azalmışdır.
Qazın maya dəyərinin azalması keçən ilə nisbətən əmək haqqı xərclərinin, əsaslı təmir xərclərinin, nəqliyyat xərclərinin, mühafizə xərclərinin azalması hesabına baş vermişdir. Belə ki, əmək haqqı xərcləri 2 milyon 851 min manat (6,0%), əsaslı təmir xərcləri 6 milyon 860 min manat (24,3%), nəqliyyat xərcləri 4 milyon 986 min manat (10,0%), mühafizə xərcləri 1 milyon 629 min manat (22,5%) azalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





