Salyanda yerləşən gilcə yatağı satışa çıxarılacaq - QİYMƏTLƏR
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən yanvarın 6-da yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin yaydığı məlumatda bildirilir ki, hərracda 8 lot üzrə Salyan rayonu “Babazənən-III” gilcə yatağı satışa çıxarılacaq. Lotların başlanğıc qiymətləri 60 850 manat - 121 700 manat civarındadır.
Hərracda iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı ilə Agentliyin (https://cutt.ly/CMrvQ4L) və ya Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet səhifələrində (https://emlak.gov.az/cat/3) tanış ola bilərsiniz
Hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan müvafiq sənədlər toplusunu təqdim etməli, xidmət haqqı və beh məbləğini ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər.
Elanda göstərilən sənədlər 27 dekabr 2022-ci il saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət, 31 ünvanına təqdim edilməlidir.
Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında saat 11-də keçiriləcək.
Hərraclar və digər yeniliklərlə bağlı son xəbərləri Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sosial şəbəkə səhifələrindən də əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























