Maliyyə Nazirliyi bu il daxili bazardan 1,4 milyard manatdan çox borclanıb
Maliyyə Nazirliyi 2022-ci ilin 10 ayı ərzində dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə 1 milyard 410 milyon 379 min manat cəlb edib. Bu məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə cüzi azdır.
Marja.az bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.
Qeyd edək ki, Maliyyə Nazirliyi 2021-ci ilin 10 ayı ərzində dövlət istiqrazlarının yerləşdirilməsi yolu 1 milyard 446 milyon 152 min manat cəlb etmişdi.
Təkrar bazarda dövlət istiqrazıarı ilə əməliyyatların həcmi 2021-ci ilin 10 ayı ərzində 868 milyon 733 min manat ikən, 2022-ci ilin 10 ayı ərzində 573 milyon 544 min manata düşüb.
"Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanuna görə, Azərbaycan Respublikasının 2021-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1 milyard 100 milyon manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 600 milyon manat təsdiq edilib. Maliyyə Nazirliyi əvvəlki illər cəlb edilmiş borclardan qaytarılan məbləğlər qədər də əlavə vəsait cəlb edə bildiyindən il ərzində cəlb edilən cəmi vəsait təsdiq edilmiş limitlərdən yüksək ola bilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
9 saat əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
12 saat əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
12 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 12 saat əvvəl
-
13 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
























