Beynəlxalq Ticarət Mərkəzi Azərbaycanla əməkdaşlığa başlayır
İyulun 4-də İqtisadiyyat naziri Şahin Mustafayev Beynəlxalq Ticarət Mərkəzinin direktoru xanım Arança Qonzaleslə görüşüb.
Nazir Şahin Mustafayev Beynəlxalq Ticarət Mərkəzinin direktoru xanım Arança Qonzalesi Azərbaycana ilk səfəri və Mərkəzin ölkəmizlə əməkdaşlığa başlaması münasibəti ilə təbrik edib, Birləşmiş Millətlər Təşkilatı və Ümumdünya Ticarət Təşkilatının birgə agentliyi olan Beynəlxalq Ticarət Mərkəzi ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Azərbaycan 25 ildir ki, BMT ilə, eləcə də BMT-nin UNCTAD, UNİDO, UNESCO və digər qurumları ilə uğurlu əməkdaşlıq edir. 2012-2013-cü illərdə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub, 2016-cı ilin aprelində Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilib, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin milli icra mexanizmi kimi ölkəmizdə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb.
İqtisadiyyat naziri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, rəqabətədavamlı qeyri-neft məhsullarının istehsalı, ixracın genişləndirilməsi, xarici ölkələrə təşkil edilən ixrac missiyaları, “Made in Azerbaijan” brendinin təbliği və s. barədə geniş məlumat verib.
Bildirilib ki, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafında, ixracın rəqabət qabiliyyətinin artırılmasında beynəlxalq təcrübəyə xüsusi önəm verilir. Bu istiqamətdə əlverişli iqtisadi-coğrafi mövqeyə və insan resurslarına malik olan Azərbaycanla Beynəlxalq Ticarət Mərkəzi arasında əməkdaşlıq faydalı olacaqdır. Bu baxımdan Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Beynəlxalq Ticarət Mərkəzi arasında imzalanacaq Anlaşma Memorandumunun əlaqələrin inkişafında əhəmiyyəti qeyd edilib.
Beynəlxalq Ticarət Mərkəzinin direktoru xanım Arança Qonzales Azərbaycana ilk səfərindən və ölkəmizlə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Bildirilib ki, Azərbaycanla əlaqələrin inkişafı üçün böyük potensial var. Azərbaycanda kiçik və orta sahibkarların istehsal etdiyi məhsulların rəqabət qabiliyyətinin artırılması və xarici bazarlara daha çox çıxarılması, eləcə də beynəlxalq elektron kommersiya platformalarına (məs. Ebay) birbaşa çıxışın əldə edilməsi sahəsində uğurlu əməkdaşlıq etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
5 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
6 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
6 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 8 saat əvvəl
-
10 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























