Qida təhlükəsizliyi sahəsində yeni rüsumlar müəyyənləşir
Qida təhlükəsizliyi sahəsində yeni rüsumlar müəyyənləşir.
Bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan və parlamentə tövsiyə edilən “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, qida təhlükəsizliyi ilə bağlı aşağıdakı rüsumlar müəyyənləşir:
- ixrac edilən qida və yem məhsullarına sağlamlıq sertifikatının verilməsi - 25 manat;
- Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş qida və yem məhsulu, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara idxal sağlamlıq aktının verilməsi – 25 manat;
- qida obyektlərinin “Qida təhlükəsizliyi haqqında” qanuna əsasən təsdiq olunması ilə bağlı Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın verilməsi – 150 manat.
Həmçinin, qida obyektlərinin təsdiq olunması ilə bağlı Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın verilməsinə göstərilən hərəkətlərə görə qida sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərindən, habelə bələdiyyə və dövlət orqanlarından (qurumlarından) dövlət rüsumu tutulmayacaq.
Qüvvədə olan qanuna görə yalnız qida təhlükəsizliyi sertifikatının verilməsinə görə 25 manat dövlət rüsumu ödənilir. Eyni zamanda qüvvədə olan qanuna əsasən, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına görə:
- reyestrdən çıxarışın verilməsi - 150 manat;
- reyestr məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq baş verən dəyişikliyin edilməsi - 50 manat;
- reyestrdən çıxarışın dublikatının verilməsi - 10 manat rüsum nəzərdə tutulur. Yeni qanun layihəsində bu rüsumların ləğvi təklif edilir.
Qeyd edilib ki, “Qida təhlükəsizliyi haqqında” Qanunda qida və yem məhsullarının idxalı və ixracı zamanı müvafiq olaraq sağlamlıq sertifikatının və idxal sağlamlıq aktının verilməsi nəzərdə tutulmuş, qida obyektlərinin təsdiq olunması ilə bağlı müddəalar əks olunub. Həmçinin qeyd olunub ki, həmin sənədlərə görə dövlət rüsumunun məbləği və dövlət rüsumundan azadolmalar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müəyyən olunur. Həmin hərəkətlərə görə alınan dövlət rüsumunun məbləğinin və azadolma hallarının müəyyənləşdirilməsi məqsədilə “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi zərurəti yaranır.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
APA
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
41 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























