Qusarda II Beynəlxalq Tələbə Konfransı keçirilir
İyulun 3-də Azərbaycan Respublikasının Qusar şəhərində "Gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar" mövzusunda II Beynəlxalq Tələbə Konfransı işə başlayıb.
"Shahdag Hotel & Spa" turizm mərkəzində BP şirkətinin dəstəyilə təşkil olunan konfransın açılış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki, professor Aydın Əliyev, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) prezidenti, professor Deyvid Uiddouson, Uruqvay Milli Gömrük Direktorluğunun rəhbəri, doktor Enrike Kanon və Gürcüstan Gömrük Departamentinin rəhbəri Vladimer Xundadze iştirak edib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, yaşadığımız qloballaşma dövründə müstəqilliyin və təhlükəsizliyin təmin edilməsi ən vacib şərtlərdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin: "Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir" - sözlərinə istinadla DGK sədri vurğulayıb ki, bu gün Azərbaycan Gömrük Xidməti ölkənin iqtisadi təhlükəsizliyinin təminatı, fiskal siyasətin həyata keçirilməsi, qaçaqmalçılıq hallarının qarşısının alınması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsində mühüm rol oynayır, dövlətin müstəqilliyinin əsas atributlarından birinə çevrilməklə üzərinə düşən missiyanı şərəflə yerinə yetirir. Bu siyasətin hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən A.Əliyev ölkədə gömrük orqanlarının hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.
Komitə sədri onu da diqqətə çatdırıb ki, Azərbaycan Gömrük Xidməti gömrük sahəsində əməkdaşlığın gücləndirilməsi, modernləşdirilmə və kadrların peşəkarlıq səviyyəsinin artırılması məsələlərinə xüsusi önəm verir və bugünkü konfrans da sözügedən istiqamətdə nailiyyətlərin əldə edilməsinə öz töhfəsini əsirgəməyəcək. Konfransın iqtisadiyyat və gömrük işini öyrənən tələbələr üçün nəzərdə tutulduğunu söyləyən A.Əliyev qeyd edib ki, məqsəd gömrük və elm arasında vəhdət yaratmaq, gənclərin bilik və təcrübəsini artırmaqdır.
Uruqvay Milli Gömrük Direktorluğunun rəhbəri Enrike Kanon konfransın gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar kimi çox önəmli mövzuya həsr olunduğunu və bundan məmnunluq duyduğunu bildirib. İqtisadiyyat və ticarətlə bağlı məsələlərə toxunana natiq qloballaşma nəticəsində dünyanın müxtəlif ölkələrində yüzmilyonlarla insanın rifah halının yüksəldiyini, gələcəkdə ticarət dövriyyəsinin artması ilə birlikdə bu prosesin davam edəcəyini və bu sahədə gömrük işinin və gömrük orqanlarının da xüsusi rol oynayacağını vurğulayıb.
Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) prezidenti Deyvid Uiddouson konfransın təşkilinə görə Azərbaycan tərəfinə xüsusi minnətdarlığını çatdırıb. Azərbaycan Gömrük Xidmətinin təşəbbüskarlığı ilə keçirilən və artıq silsilə xarakteri alan Beynəlxalq Tələbə Konfransının gömrük işinin və gömrükçü peşəsinin səviyyəsinin yüksəldilməsində mühüm rol oynadığını söyləyən INCU-nun rəhbəri bu sahədə Azərbaycan gömrüyünün apardığı siyasətin təqdirəlayiq olduğunu bildirib. Gömrük işinin elmi əsaslara söykənən tədqiqatlar və araşdırmalarla qurulması yönündə görülən tədbirlərə toxunan D.Uiddouson konfransın bu günün tələbələri - gələcəyin gömrük mütəxəssisləri arasında sıx əlaqələrin qurulması, əməkdaşlığın və təcrübə mübadiləsinin artırılmasında mühüm rol oynayacağını diqqətə çatdırıb.
Öz növbəsində, Gürcüstan Gömrük Departamentinin rəhbəri Vladimer Xundadze çıxış edərək konfransa dəvət aldığına görə təşəkkürünü bildirib, tədbirin təşkilatçısı və iştirakçılarına uğurlar diləyib. Gürcüstan Gömrük Xidmətinin rəhbəri beynəlxalq ticarətin vəziyyətindən danışıb və müasir iqtisadiyyatın çağırışlarına tam cavab vermək üçün gömrük orqanlarında aparılacaq islahatlar və görüləcək işlərdən bəhs edib.
Açılış mərasimindən sonra konfransın fəxri qonağı - Arizona Dövlət Universitetinin professoru, iqtisadi elmlər üzrə Nobel mükafatı laureatı Edvard K.Preskottun "ABŞ iqtisadiyyatının mövcud vəziyyəti" mövzusunda məruzəsi dinlənilib. Böyük maraq doğuran bu çıxışdan sonra məruzəçi tələbələrin mövzu ətrafında suallarını cavablandırıb.
Daha sonra konfrans Varşava İqtisadiyyat Məktəbinin professoru Vaslav Çijoviçin moderatorluğu ilə ilk sessiya üzrə işə başlayıb. "Ticarətin asanlaşdırılmasında gömrük idarəçiliyinin rolu" adı ilə keçirilən sessiyada 9 məruzə dinləniləcək.
Konfransa Azərbaycan da daxil olmaqla 31 ölkədən - Avstraliya, Avstriya, Belarus, Belçika, Bolqarıstan, Kamboca, Çin, Gürcüstan, Almaniya, Macarıstan, İslandiya, İran, İtaliya, Qazaxıstan, Laos, Litva, Makedoniya, Moldova, Filippin, Polşa, Rusiya Federasiyası, Seneqal, İspaniya, Türkiyə, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Uruqvay, Amerika Birləşmiş Ştatları, Özbəkistan və Vyetnamın universitetlərində gömrük ixtisası üzrə təhsil alan tələbələr, gömrük sahəsində ixtisaslaşan elm adamları, eləcə də məşhur gömrük mütəxəssisləri qatılıb. Həmçinin konfransda 4 beynəlxalq təşkilatın (Ümumdünya Gömrük Təşkilatı, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi, BP və Easy Frontier) nümayəndələri iştirak edir.
Konfrans iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
İyulun 3-də "Gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar" mövzusunda II Beynəlxalq Tələbə Konfransının iştirakçıları Azərbaycan Respublikasının Quba şəhərində yerləşən Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
Qonaqlar ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.
Diqqətə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Qeyd edilib ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub.
Ziyarətçilər kompleksə gül dəstələri düzdülər.
Konfrans 5 İyuladək davam edəcək.
© DGK Mətbuat Xidməti
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
- 18 d. əvvəl
-
- 23 d. əvvəl
-
1 saat əvvəl
“Digital Home” elektronika mağazalar şəbəkəsi Şəmkirdə filialını açdı
-
9 saat əvvəl
Qırğızıstan-Azərbaycan İşgüzar Şurasının yaradılmasına dair memorandum imzalanıb
-
9 saat əvvəl
Bakıdan daha bir Avropa şəhərinə birbaşa uçuşlara başlanılacaq
- 10 saat əvvəl
-
11 saat əvvəl
Şəhərlərarası və şəhərdaxili avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda iqtisadi artım sürətlənib
Bakıdan daha bir Avropa şəhərinə birbaşa uçuşlara başlanılacaq
Şəhərlərarası və şəhərdaxili avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
200 000 manatlıq hədiyyə abunəçiləri gözləyir!
Ən çox oxunanlar
Azərbaycanda İran konfetləri məhv edilib
Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib
Biznesin İnkişafı Fondu ASC-yə çevrildi, nizamnaməsi təsdiq edildi - 1 MİLYARD 181 MİLYON MANAT SƏRMAYƏ
Müsabiqə keçirilməsinə 1 milyon manat ayrıldı - SƏRƏNCAM
Ədliyyə Akademiyasının rektoru dəyişdi - PREZİDENTDƏN SƏRƏNCAMLAR
1977-ci ildə kosmosa göndərilən aparat yarım əsrdir yol gedir, 1 işıq günü uzaqlığa çatacaq - 26 milyard kilometr
SOCAR-ın borc portfeli müzakirə olunub, SOCAR və ARDNF-ə müvafiq tapşırıqlar verilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub












.jpg)




.jpg)




