"Rusiya neftinə 30 dollar limitinin tətbiqi qiymətləri kəskin yüksəldə bilər"
Polşa Rusiya neftinin qiymətini 30 dollarda məhdudlaşdırmağı təklif edib.
"Polşanın Rusiya neftinin bir barelinə 30 dollar qiymət limitinin tətbiqi təşəbbüsü çətin ki, digər Avropa İttifaqı (Aİ) üzvlərinin dəstəyini alsın. Polşanın təklifi qəbul edilərsə, Rusiya istehsalçıları ixracdan imtina edə bilər, bu da Brent kotirovkalarını üç rəqəmli səviyyəyə yüksəlməsinə səbəb ola bilər".
Marja xəbər verir ki, bunu, "BCS World of Investments"dən birja eksperti İqor Qalaktionov bildirib.
Cümə axşamı günü "Politico" qəzeti yazıb ki, Aİ ölkələrinin əksəriyyəti Rusiya neftinin bir barel üçün 65-70 dollar səviyyəsində tavan qiymət tətbiqi təklifini dəstəkləyib. Bu, son beş ildə Urals neftinin orta qiymətilə müqayisə edilə bilər. Eyni zamanda, Polşa 30 dollarlıq qiymət tavanının tərəfdarıdır.
"Polşanın təklifi çox sərt görünür və belə şərt Rusiya istehsalçılarının ixracdan imtina etməsinə gətirib çıxara bilər ki, bu da Brent qiymətlərini üçrəqəmli səviyyəyə qaldıra bilər. 65-70 dollar aralığında qiymət həddi mexanizmi məhz belə bir ssenarinin qarşısını almaq üçün müzakirə edilir. Ona görə də çətin ki, təşəbbüs digər Aİ üzvləri tərəfindən dəstəklənsin”, - Qalaktionov bildirib.
Neft qiymətinə məhdudiyyətin qəbul edilməsi üçün Avropa İttifaqına üzv olan bütün dövlətlərin razılığı tələb olunur. Bloomberg agentliyinin məlumatına görə, Avropa İttifaqı üzvlərinin Rusiya neftinə qiymət tavanının müəyyən edilməsi ilə bağlı çərşənbə günü baş tutan danışıqları dalana dirənib.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Qərbin Rusiyanın enerji resurslarının qiymətlərini məhdudlaşdırmaq ideyasını şərh edərkən dəfələrlə bəyan edib ki, əgər Rusiya öz maraqlarına zidd olarsa, xaricə heç nə tədarük etməyəcək. Baş nazirin müavini Aleksandr Novak da bildirib ki, Rusiya yalnız bazar şərtləri əsasında işləyəcək və qiymət tavanı tətbiq edəcək ölkələrə nefti nə 60 dollardan, nə də başqa qiymətlə tədarük etməyəcək.
Sentyabrda G7 ölkələrinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) maliyyə nazirləri sanksiyaların genişləndirilməsi çərçivəsində Rusiya neftinə qiymət məhdudiyyəti tətbiq etmək niyyətlərini təsdiqləyiblər. Qiymət limitinin neft üzrə 2022-ci il dekabrın 5-dən, neft məhsulları üçün isə 2023-cü il fevralın 5-dən tətbiq ediləcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
47 d. əvvəl
Əhali tərəfindən Azərbaycana 1.4 milyard dollarlıq məhsul idxal edilib
-
49 d. əvvəl
Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
-
-
53 d. əvvəl
Mahmud Abbas: HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar
- 1 saat əvvəl
-
1 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı Fond Birjasından "FINCA Azerbaijan"ın istiqrazları ilə bağlı qərar
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
-
3 saat əvvəl
Kapital Bank “Globee–Innovation Awards”dan qızıl mükafata layiq görüldü
Son Xəbərlər

Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər

“Azkredit"in xalis mənfəəti artıb

Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ

Unibank Xankəndidə sahibkarlar üçün təqdimat edib

"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
Ən çox oxunanlar

“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib

Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ

"Bu emissiya Bank of Baku-nun güclü imicini ortaya qoydu" - MÜSAHİBƏ

Qatar ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişin daşımalarına başlanılır - QİYMƏTLƏR

Sabahdan Bakı-Ağdam müntəzəm avtobus reysi işə düşəcək - Gediş haqqı qiyməti məlum oldu

Supermarket şəbəkəsi "Xalqlar"da daha bir filialını açır
